Xalq artisti Tünzalə Ağayeva Azərbaycanda internetin baha olmasından şikayətlənib.
Bakuplus.az xəbər verir ki, müğənni bu barədə paylaşdığı videoda bildirib. O deyib ki, başqa ölkələrdə internet su qiymətinədir:
"İnternet başqa ölkələrdə su qiymətinədir. Bizdə niyə bu qədər bahadır? Evdən də, sizdən də görürəm ki, bir-iki günə nə qədər meqabayt alırsınız... Bizdə internet benzin qiymətinə qalxıb. Ərəb Əmirliklərində küçədə internetdən şifrəsiz şəkildə istifadə edirlər. Ölkəmizdə hər şey ən yeni, müasir formadadır. Amma gülməlidir ki, adi yerlərdə, məsələn, metroda internet tutmur. Necə ola bilər?".