top
Xalq artisti estetik cərrahdan 30 min manat tələb edib? - AÇIQLAMA 
04 dekabr 2024, 02:45
- ↺ +

Xalq artisti estetik cərrahdan 30 min manat tələb edib? - AÇIQLAMA 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Estetik cərrah Sevinc Heydərova Xalq artisti Flora Kərimovanı ittiham edib. Həkim Flora Kərimovanın onu şantaj etdiyini açıqlayıb. Sevinc Heydərova bildirib ki, müğənni şantajla ondan 30 min manat istəyir:

"Flora xanımın məndən öncə kimlər gözünü əməliyyat edib, kimlər göz qapağını o hala salıb, açıqlasın. Hansı ixtisas həkimi, hansı məşhur həkimlər?  Mənim boynuma atmasınlar. O əməliyyatı endokrinoloq həkim edib, özü açıqlasın. Həmin həkim mən deyiləm. Mən endokrinoloq yox, nevroloq olmuşam. Mənim ixtisasımı dəyişməyə hüququm var. Flora Kərimova niyə təkcə məni məhkəməyə verir? Assistenti göndərmişdi öncədən ki, 30 min ver, verməsən, səni rüsvay edəcəyik. Bəlkə o həkimlər Flora xanıma müəyyən pul verib, ona görə onların adını çəkmir".

Məsələ ilə bağlı Flora Kərimovanın vəkili Elcan Həsənli Qaynarinfo.az-a açıqlamasında bildirib ki, Sevinc Heydərovanın şantaj kimi təqdim etdiyi 30 min manat məsələsi iddia tələbində göstərilib:

"Flora xanım deyir ki, mənim gözümə vurulan maddi ziyana görə 30 min manat təzminat ödənməlidir. Bu, şantaj deyil, məhkəmə qaydasında irəli sürülən iddia tələbidir. Biz məsələni şou halına çevirmək istəmirik. Ortada böyük fakt var. Biz məsələni hüququ prosedurlarla edirik. Hazırda Flora xanımın əməliyyatı ilə bağlı məhkəmə işi Ali Məhkəməyə göndərilib, kassasiya şikayəti verilib. Hələ bu iş yekunlaşmayıb. Yekun qərar verilməyib ki, Flora xanım kimin təqsirindən bu hala salınıb. İkinci vacib məsələ bizim Səhiyyə Nazirliyini məhkəməyə verməyimizdir".

Elcan Həsənli bu məhkəmə prosesinin yanvarın 22-nə təyin edildiyini də vurğulayıb:

"Yəni proses gedir, işlər yekunlaşmayıb. Yalnız yekun qərardan sonra nəsə fikir bildirmək olar".

Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə gözlərinin üstünü estetik əməliyyat etdirib. Əməliyyatı plastik cərrah kimi tanınan həkim Səbinə Heydərova edib. Müğənni əməliyyatdan sonra əks fəsadlarla qarşılaşıb, eyni zamanda gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:24

Bakıda yeniyetmə futbol oynadığı zaman cinayət törətdi

Xəbər
Bu gün, 17:00

Lavrov Bakıya gələcək

Siyasət
Bu gün, 16:56

Şavkat Mirziyoyev Bakıya gəlir

Siyasət
Bu gün, 16:40

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Xəbər
Bu gün, 15:58

Azərbaycanlılar ən çox nəyə pul xərcləyirlər? – SİYAHI AÇIQLANDI

Xəbər
Bu gün, 15:11

Bakıda ər arvadını kreditə görə döydü

Xəbər
Bu gün, 13:48

Bakıda qonşular içki içib 30 manata görə dalaşdılar

Xəbər
Bu gün, 13:05

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Bu gün, 12:02

"Bakı Ağac Emalı" ASC-də baş verən partlayışla bağlı yenidən kassasiya şikayəti verilib

Xəbər
Bu gün, 11:54

Bakıda arvadını qətlə yetirən türkiyəli iş adamı MİRASDAN MƏHRUM EDİLDİ

Xəbər
Bu gün, 11:38

AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb

Aktual Xəbərlər
Bu gün, 10:16

Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Aktual Xəbərlər
Bu gün, 09:46

AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə dələduzluq

Aktual Xəbərlər
Bu gün, 09:19

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub - RƏSMİ

Xəbər
Bu gün, 09:11

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Xəbər
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Xəbər
Dünən, 17:45

"Sərxoşluğu mənə xoş gəlmədi" — Bakıda kafedə Polşa vətəndaşını bıçaqladı

Aktual Xəbərlər
Dünən, 16:27

136 saylı məktəbdəki insidentdə iki şagird xəsarət alıb

Aktual Xəbərlər
Dünən, 13:33

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Aktual Xəbərlər
Dünən, 12:48

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 11:44

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

İdman
Dünən, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Aktual Xəbərlər
Dünən, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Dünən, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Oxşar xəbərlər