Xalq artisti, bəstəkar Faiq Sücəddinovun vəziyyəti pisləşib.
Manset.аz xəbər verir ki, görkəmli sənətkarın böyrəyində problem yaranıb və o, təcili əməliyyata götürülüb.
Bəstəkarın əməliyyatdan sonra vəziyyəti yaxşıdır, müalicə prosesi davam edir.
Qeyd edək ki, Faiq Sücəddinov 2006-cı ildə Xalq artisti fəxri adına layiq görülüb. Azərbaycanın ən məşhur bəstəkarlarından biridir. Prezident təqaüdçüsüdür.