top
Xalq artisti Muxtar Avşarovun doğum günüdür
15 fevral 2025, 03:27
- +

Xalq artisti Muxtar Avşarovun doğum günüdür

Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Muxtar Avşarovun doğum günüdür.

Bakuplus.az xəbər verir ki, Muxtar Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub.

1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində ailə üzvləri ilə Türkiyəyə gələn aktyor Bakıya, daha sonra Gəncəyə köçüb.

Teatr fəaliyyətinə özfəaliyyət dərnəyində başlayan M.Avşarov 1938-ci ildən Gəncə Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb. Gəncə teatrında çalışdığı 30 il müddətində (repressiya illəri istisna olmaqla) 100-ə yaxın obraz yaradıb.

Görkəmli aktyor "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 20-dən artıq filmə çəkilib. Bunlardan "Yenilməz batalyon", "Dəli Kür", "Qaçaq Nəbi", "Axırıncı aşırım", "Qatır Məmməd", "Qəm pəncərəsi" və s. qeyd etmək olar.

"Azərbaycanfilm" kinostudiyasında Hüseyn Seyidzadənin "Dəli Kür" filminin çəkilişləri başlayan ərəfədə Muxtar Avşarova o qədər də böyük olmayan bir rol həvalə olunub. Bu filmdəki rolun uğurlu alınması onun kino fəaliyyətini artırıb və bundan sonra "Atları yəhərləyin" filminin çəkilişləri başlayıb. Burada İran kəndxudası obrazını yaradan Muxtar Avşarov xarakterik bir aktyor oyunu göstərib.

M.Avşarov 1989-cu ildə "yenidənqurma" dövrünün qərarlarına uyğun olaraq "60 yaşından yuxarı olan adamlar işdən azad olunmalıdır" qərarı ilə işdən çıxarılıb.

1992-ci ildə Xalq artisti Amaliya Pənahova özünün Bakı Bələdiyyə Teatrını yaradıb və qocaman aktyor Muxtar Avşarovu həmin teatra dəvət edib. Teatrda işlədiyi müddətdə "Nadir şah" (Nəriman Nərimanov), "Dönüş" (Cəfər Cabbarlı) və bir çox tamaşalarda maraqlı, rəngarəng obrazlar qalereyası yaradıb. 1996-cı ildə Mədəniyyət Fondu nəzdində "Sönməyən ulduzlar" teatrı fəaliyyətə başlayıb və bu teatrda rejissor işləyən Məmmədkamal Kazımov M.Avşarovu həmin teatra dəvət edib. "Solğun çiçəklər" (Cəfər Cabbarlı) pyesindəki Əbdül əmi rolu ona həvalə olunub.

Ömrünün sonlarına doğru onun görmə qabiliyyəti zəifləyib. Belə ağır vaxtlarda yenə də onu yeni rollara dəvət edirdilər. Görkəmli kinorejissor Vaqif Mustafayev Muxtar Avşarovu çəkiliş meydançasına dəvət edib, aktyor yalnız ayaq addımlarını saymaqla filmə çəkilib.

2002-ci il oktyabrın 2-də Muxtar Avşarov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, elə həmin ilin noyabrın 7-də isə Bakı Bələdiyyə Teatrının on illik yubileyi ilə əlaqədar olaraq, Xalq artisti fəxri adına layiq görülüb.

2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

2004-cü ilin dekabr ayında Muxtar Həsən oğlu Avşarov dünyasını dəyişib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:11

Xətai rayonunda aparılan inşaat işləri BİNALARI TƏHLÜKƏYƏ ATIR?

Xəbər
Bu gün, 15:11

Bakıda tələbə faciəli şəkildə öldü

Xəbər
Bu gün, 14:03

Gəlinlik salonunda satıcı müştərini çimdiklədi - "İy gəlirdi"

Xəbər
Bu gün, 13:38

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Xəbər
Bu gün, 12:26

Şəhid jurnalist Sirac Abışovun doğum günüdür

Xəbər
Bu gün, 11:25

Azərbaycanın ilk Xalq artisti - Onu Bakıya kim dəvət etmişdi?

Xəbər
Bu gün, 10:15

Yol polisi sürücülər müraciət etdi: DİQQƏTLİ OLUN

Xəbər
Bu gün, 09:23

Milli Qəhrəman, jurnalist - Yaşasaydı 66 yaşı olacaqdı...

Xəbər
Dünən, 23:48

6 idmançımız yarımfinala yüksəldi - Çimərlik güləşi üzrə Dünya Seriyası...

Xəbər
Dünən, 22:12

Sənədsiz ev problemi necə həll oluna bilər? – Açıqlama

Xəbər
Dünən, 21:10

Xidmət rəisi: "Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil"

Xəbər
Dünən, 19:43

Polşa səfiri XİN-ə çağırıldı, etiraz notası təqdim edildi

Xəbər
Dünən, 18:02

IV qrupda ali məktəbə qəbul ola bilməyənlər üçün alternativ seçimlər - DİM sədri AÇIQLADI

Xəbər
Dünən, 17:16

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Xəbər
Dünən, 15:20

Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu

Xəbər
Dünən, 14:35

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisi

Xəbər
Dünən, 13:30

Bakıda tarixi binalarda təmir işləri görənlərə xəbərdarlıq olundu

Nizami
Dünən, 12:17

Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu

Xəbər
Dünən, 11:40

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Xəbər
Dünən, 11:38

Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb

Xəbər
Dünən, 10:38

Bakıda ata maşın almaq istəyən oğlunu bıçaqladı

Xəbər
Dünən, 09:55

Azərbaycanda bu universitetlər təhsil haqqını artırdı

Xəbər
Dünən, 09:53

Rübabə Muradovanın anım günüdür

Xəbər
27 avqust 2026, 18:00

Bakıda sirkə turşusu kişinin həyatına SON QOYDU

Oxşar xəbərlər