top
1-7 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU
31 avqust 2025, 21:00
- +

1-7 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq! Gəlin, növbəti 7 gün ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf edək!

Sentyabrın 1-dən 7-nə qədər bütün bürclər üçün ətraflı ulduz falı:

QOÇ bürcü

Ulduzlar sizə maddi imkanlar baxımından şanslı günlər vəd edir. Yaxın günlərdə yaxşı bir iş təklifi ala bilərsiniz. Ümumiyyətlə, bu həftə karyera ilə bağlı məsələlərə daha çox diqqət ayırmalısınız – dəyişikliklər üçün münasib dövrdür. Amma şəxsi həyatınızda gərginlik ola bilər: işin çoxluğundan ailədə və ya sevgilinizlə narazılıqlar yaranacaq. Üstəlik, sevgiliniz də çox söz verib, hamısını yerinə yetirmir. Sakit danışaraq problemləri çözməyə çalışın.

Uğurlu günlər: 3, 6 sentyabr.

Uğursuz gün: 2 sentyabr.

BUĞA bürcü

Həftənin əvvəlində cəsarətli planlarınızı həyata keçirmək üçün gözəl fürsətlər yaranacaq. Ətrafdakıların sizə inanmaması önəmli deyil, əsas odur ki, özünüz uğura güvənəsiniz. İntuisiyanız bu həftə ən güclü bələdçiniz olacaq. Subay Buğalar üçün həftənin sonuna doğru sürpriz evlilik təklifi mümkündür. Uzun illər gizli sevən bir dostunuz niyyətini açıq deyə bilər. Bu münasibət sizə xoşbəxtlik gətirəcək.

Uğurlu günlər: 4, 7 sentyabr.

Uğursuz gün: 5 sentyabr.

ƏKİZLƏR bürcü

Bu həftə çox uğurlar əldə edəcəksiniz, lakin hər kəs buna sevinməyəcək. Sizi istəməyənləri tanıyıb onlardan uzaqlaşmaq vaxtıdır. Əvəzində yaxşı insanlar ətrafınızda daha çox olacaq. Həftənin sonu köhnə tanışlarla faydalı görüşləriniz ola bilər. İş yerində də fəaliyyətiniz yüksək dəyərləndiriləcək, maaş artımı mümkündür. Sevgidə isə hələ ki, yeniliklər gözlənilmir.

Uğurlu günlər: 1, 2 sentyabr.

Uğursuz gün: 3 sentyabr.

XƏRÇƏNG bürcü

Sizi çoxdan gözlədiyiniz sevindirici xəbər qarşılayacaq. Ancaq bu günlərdə yeni münasibətə başlamağa tələsməyin, qarşı tərəfi yaxşı tanımaq lazımdır. Karyera yüksəlişi üçün yaxşı fürsətlər var, qarşıya çıxan maneələri aşaraq məqsədinizə çata biləcəksiniz. Həftənin sonunda gözlənilməz iş təklifi ala bilərsiniz. Sağlamlığınıza fikir verin, vitaminli qidalar yeyin.

Uğurlu günlər: 6, 7 sentyabr.

Uğursuz gün: 3 sentyabr.

ŞİR bürcü

Bu həftə Şirləri duyğusal günlər gözləyir: bir tərəfdən qarşılıqsız sevgi, digər tərəfdən isə yeni qovuşma şansı. Çox xəyal qurmaq əvəzinə real imkanlarınızı işə salın, çünki uğur qazanmaq üçün bütün şərtlər var. Karyerada xırda dəyişikliklər mümkündür, çalışın əməyinizlə müdiriyyətin rəğbətini qazanasınız. Həftəsonu dostlarınızdan gəlirli iş təklifi ala bilərsiniz.

Uğurlu günlər: 2, 4 sentyabr.

Uğursuz gün: 1 sentyabr.

QIZ bürcü

Xərclərə diqqət edin, planlı hərəkət edin. Gözlənilməz bir tanışlıq həyatınızı dəyişdirə bilər və bu insan gələcəkdə iş ortağınıza çevriləcək. Əks-cinsdən biri sizin diqqətinizi qazanmaq üçün çox səy göstərəcək. Sizin təbii cazibəniz insanları cəlb edir. Həftəsonu səyahət şansı var – ya dostlarınız təklif edəcək, ya da sürpriz aviabilet hədiyyə olunacaq.

Uğurlu günlər: 1, 6 sentyabr.

Uğursuz gün: 5 sentyabr.

TƏRƏZİ bürcü

Həftəniz yeni tanışlıqlarla zəngin olacaq. Planlarınızı həyata keçirmək üçün doğru zamandır – düşündüyünüz hər iş uğurlu ola bilər. İşdə gözlənilməz yüksəliş və ya təklif ala bilərsiniz. Sevgi həyatında da dəyişiklik olacaq: həyatınıza biri daxil olacaq, amma onunla xoşbəxt olmaq üçün çox sınaqdan keçməlisiniz. Bu həftə şans oyunlarında bəxtiniz gətirə bilər.

Uğurlu günlər: 4, 7 sentyabr.

Uğursuz gün: 6 sentyabr.

ƏQRƏB bürcü

Heç nəyə tələsməyin, hər şey öz axarında getsin. Xüsusilə həftənin əvvəlində dələduzlardan uzaq durun. İşlə bağlı yaxşı fürsətlər açılacaq: yeni müqavilə, iş və ya karyera yüksəlişi ola bilər. Pulunuzu boş saxlamayın, onu investisiya etməklə daha çox qazana bilərsiniz. Sevgilinizi də diqqətdən kənar qoymayın, daha çox vaxt ayırın.

Uğurlu günlər: 2, 5 sentyabr.

Uğursuz gün: 4 sentyabr.

OXATAN bürcü

Bu həftə emosiyalarınıza nəzarət etməkdə çətinlik çəkə bilərsiniz. Lazım olan yerdə dayanmaq əvəzinə irəli getmək istəyiniz sizi riskə ata bilər. Səyahət planlarınızı növbəti həftəyə saxlamaq daha yaxşı olar. Həftəsonu ailə üzvləri ilə fikir ayrılığı ola bilər, səbirli olmağa çalışın.

Uğurlu günlər: 4, 6 sentyabr.

Uğursuz gün: 2 sentyabr.

OĞLAQ bürcü

Həftəniz xoş hadisələrlə zəngin olacaq. Əgər hələ də münasibətiniz yoxdursa, romantik və maraqlı bir insanla qarşılaşa bilərsiniz. Amma ailənizin və dostlarınızın seçimə qarşı çıxmasına hazır olun. Başqalarının dediyinə aldanmayın, xoşbəxtliyinizi özünüz qoruyun. Yağlı və şirin yeməkləri azaldın.

Uğurlu günlər: 1, 5 sentyabr.

Uğursuz gün: 7 sentyabr.

DOLÇA bürcü

Dolçaları emosional günlər gözləyir – həyatınız roman və ya filmə bənzəyəcək. Xoşbəxt anlar çətinliklərdən daha çox olacaq. İdeyalarınız və ağlınız maliyyə baxımından böyük üstünlüklər gətirə bilər, bu fürsəti dəyərləndirin. Həftəsonu keçmişdən gələn bir insanla rastlaşa bilərsiniz.

Uğurlu günlər: 4, 6 sentyabr.

Uğursuz gün: 3 sentyabr.

BALIQ bürcü

Bu həftə bəzi mühüm qərarları təkbaşına verməli olacaqsınız – intuisiyanıza qulaq asın. Sevgidə anlaşmazlıq ola bilər, günah daha çox sizdən qaynaqlanacaq. Qarşı tərəfi anlamağa çalışın, hər şeyi böyütməyin. Maliyyə baxımından isə bolluq gözlənilir – qohumdan dəstək və ya hədiyyə ala bilərsiniz. Oxatan və Qız bürcündən birinin paxıllığını görəcəksiniz və onu ifşa edəcəksiniz.

Uğurlu günlər: 2, 5 sentyabr.

Uğursuz gün: 1 sentyabr.

Son xəbərlər

Xəbər
Bu gün, 11:59

Qaynını oğlunun gözü qarşısında xüsusi amansızlqla öldürdü

Xəbər
Bu gün, 11:17

Həftəsonu dəhşətli isti olacaq - Xəbərdarlıq

Xəbər
Bu gün, 10:29

Dünya şöhrətli bakılı şahmatçının doğum günüdür

Aktual Xəbərlər
Bu gün, 10:05

Bakıda marşrut avtobusunda texniki nasazlıq yarandı - VİDEO

Xəbər
Bu gün, 10:01

Rəqqasə Oksananın Batumidəki istirahəti burnundan gəldi - FOTO

Xəbər
Bu gün, 09:50

Şəhid pilotumuzun anım günüdür

Xəbər
Dünən, 18:00

Şəhid anası qızına böyrəyini verdi

Xəbər
Dünən, 17:30

Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO

Xəbər
Dünən, 17:03

Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanı axtarırlar - VİDEO

Xəbər
Dünən, 16:21

"10 mini olanın atasına lənət..." - Əhəd Abıyev

Xəbər
Dünən, 15:47

Bakıda 16 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzə

Xəbər
Dünən, 15:36

Bakıda ŞOK QARƏT: Bankdan çıxardığı 200 min manatı götürüb qaçdı - VİDEO

Xəbər
Dünən, 14:37

Bakıda tələbə oğlanın meyiti tapıldı

Xəbər
Dünən, 13:44

Mehriban Xanlarova: "Mən susmamışam və susmaq fikrim də yoxdur" - ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 13:20

"Akkord"un binasında FACİƏ: Gənc oğlan 8-ci mərtəbədən yıxılıb ÖLDÜ

Xəbər
Dünən, 12:27

Yayda bu qidaları yeməyin - Mütəxəssisdən həyəcan təbili

Xəbər
Dünən, 12:26

Sabah Bakıda 38 dərəcə isti olacaq

Xəbər
Dünən, 11:50

Peşə təhsilinə 28 mindən çox tələbənin qəbulu nəzərdə tutulur

Xəbər
Dünən, 10:52

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

Xəbər
Dünən, 10:37

Skuter sürənlər qaydalara məhəl qoymadı, qəza şəraiti yarandı - VİDEO

Xəbər
Dünən, 09:59

Dostunu qətlə yetirən: "Hədələyirdi ki, anamı da, məni də öldürəcək"

Xəbər
Dünən, 09:55

Hüquqşünas alimə cinayət işi açıldı

Xəbər
Dünən, 09:28

Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi

Xəbər
22 iyul 2026, 18:00

"103"ə 34 mindən çox əsassız çağırış olub - TƏBİB

Oxşar xəbərlər