top
10 gün hasarından aşdıqları evdən 213 min manatlıq oğurluq etdilər
25 mart 2026, 13:04
- ↺ +

10 gün hasarından aşdıqları evdən 213 min manatlıq oğurluq etdilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qabaqcadan əlbir olaraq vətəndaşın evindən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri - Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Vəfa Həsənovanın cinayət işinin bəzi detalları məlum olub.  

Unikal.az xəbər verir ki, dəstə üzvləri qabaqcadan əlbir olaraq, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin külli miqdarda əmlakını talayıblar.  

Belə ki, dəstə üzvləri 15 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində gecə saatlarında davamlı olaraq Azər Cabbarova məxsus bağ evinin hasarından aşıb həyətə daxil olublar.  

İttiham aktında göstərilib ki, dəstə üzvləri həyətdə yerləşən anbarından 4 800 manat dəyərində 100 ədəd dəmir boru, dörd ədəd - hər birinin qiyməti 200 manat olmaqla 800 manat dəyərində dəmir barmaqlıqlar, evə qanunsuz daxil olmaqla oradan Ukrayna istehsalı olan 16 min 500 manat dəyərində 300 ədəd çay dəsti, 18 000 manat dəyərində 18 min ədəd nəlbəki, 500 manat dəyərində İran istehsallı üç lampalı çilçıraq, 1400 manat dəyərində 70 ədəd Rusiya istehsalı dam ötrükləri, 24000 manat dəyərində 4000 ədəd Ukrayna istehsalı olan boşqab, 81000 manat dəyərində 1800 ədəd fincan dəsti, 17600 manat dəyərinə 320 ədəd Belarus istehsalı olan elektriklə işləyən ət çəkən maşını oğurlayıblar.   Bundan başqa, bir ədədinin qiyməti 1000 manat olan 8000 manat dəyərində səkkiz ədəd (19-cu əsrə aid olan, Şuşa şəhərində toxunmuş - red.) antik xalçalar, 1400 manat dəyərində iki ədəd yeddi litrlik odun samovarı, bir ədəd (dəyəri 2000 manat) Çexiya istehsalı çilçıraq çağırdıqları avtomobillərə hissə-hissə yüklənib, oradan davamlı olaraq hissə-hissə daşınaraq dəyərindən ucuz qiymətə satılıblar.  

Bundan əldə etdikləri pulları Elvin Həbibli, Vəfa Həsənova, Rövşən Umudov və Ülvi Əsgərov öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş Azər Cabbarova ümumilikdə 213 min 385 manat məbləğində küllü miqdarda ziyan vurublar.   Bununla da, dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.  

Qeyd edək ki, bu cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər