top
13 yaşında Tibb İnstitutuna qəbul olunan, ABŞ-da məşhur bakılı neyrocərrah
29 iyul 2026, 17:26
- ↺ +

13 yaşında Tibb İnstitutuna qəbul olunan, ABŞ-da məşhur bakılı neyrocərrah

1983-cü ildə Azərbaycanda ən çox müzakirə olunan hadisələrdən biri cəmi 13 yaşlı Konstantin (Kostya) Slavinin Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunması idi. O dövrdə məktəb yaşında bir uşağın ali məktəb tələbəsi olması ölkədə böyük rezonans doğurmuşdu.

Sonradan dünya şöhrətli neyrocərraha çevrilən Konstantin Slavin 1970-ci il avqustun 20-də Bakıda anadan olub. Ana tərəfdən azərbaycanlı köklərə malik olan Slavin sovet təhsil sistemi dövründə cəmi beş yaşında məktəbə başlayıb və qeyri-adi istedadı sayəsində 13 yaşında Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi adını qazanıb.

O, ali təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra 1988–1992-ci illərdə Moskvada neyrocərrahiyyə üzrə rezidentura keçib. Daha sonra 1994–1995-ci illərdə ABŞ-da ümumi cərrahiyyə sahəsində ixtisasını artırıb.

10 mindən çox mürəkkəb əməliyyat keçirib

Bu gün Konstantin Slavin ABŞ-nin nüfuzlu tibb alimlərindən biri hesab olunur. O, İllinoys Universitetinin professoru, tanınmış neyrocərrah və uzun illər beynəlxalq elmi təşkilatlarda rəhbər vəzifələrdə çalışmış mütəxəssisdir.

Karyerası ərzində 10 mindən çox mürəkkəb neyrocərrahiyyə əməliyyatı həyata keçirən Slavin 400-dən artıq elmi məqalə və nəşrin müəllifidir. Onun adına dörd patent də qeydə alınıb.

"Heydər Əliyevin mənim həyatımda xüsusi rolu olub"

Konstantin Slavin müxtəlif müsahibələrində bildirib ki, 13 yaşında ali məktəbə qəbul olunması zamanı yaşının az olması səbəbindən müəyyən tərəddüdlər yaranıb. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan rəhbəri olan Heydər Əliyevin bu məsələdə xüsusi rolu olub.

Slavin xatırlayıb ki, Heydər Əliyevlə ilk dəfə məktəbli ikən, ikinci dəfə isə artıq Tibb İnstitutunun tələbəsi kimi görüşüb və bu görüşlər onun yaddaşında dərin iz buraxıb.

"Bakı mənim evimdir"

Uzun illərdir ABŞ-da yaşayan Konstantin Slavin doğma şəhəri Bakı ilə əlaqələrini qoruyub saxlayır. O, il ərzində bir neçə dəfə Azərbaycana gəlir. Məşhur neyrocərrah bildirib: "Valideynlərim, dostlarım və qohumlarım hələ də Bakıda yaşayırlar. Mən bakılı olduğum üçün fəxr edirəm. Bakı mənim evim, doğma şəhərimdir. Mən Azərbaycan vətəndaşı və vətənpərvər olaraq qalıram."

Slavin həmçinin vurğulayıb ki, valideynləri onu heç vaxt "möcüzə uşaq" kimi böyütməyiblər. "Anam və atam heç vaxt təhsilimlə bağlı məni bütə çevirməyiblər. Məni adi bir uşaq kimi böyüdüblər."

Elmi fəaliyyəti davam edir

Konstantin Slavin hazırda da aktiv elmi və tibbi fəaliyyətini davam etdirir. O, ABŞ, Avropa, Asiya, Latın Amerikası və Avstraliyanın aparıcı universitet və klinikalarında mühazirələr oxuyur, beynəlxalq neyrocərrahiyyə konfranslarında çıxış edir.

Onun iki övladı var. Oğlu San-Fransiskoda, qızı isə Vaşinqtonda yaşayır. 

Mənbə: Azpost.info

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər