Əməkdar artist Lalə Məmmədova müəllimlik fəaliyyətinə son verib.
Axsam.аz xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" verilişində danışıb. O, işləri ilə bağlı bu addımı atdığını bildirib:
"Artıq müəllim kimi işləmirəm. İşlərimə görə çatdıra bilmirəm. Milli Konservatoriyada 17 il ingilis dilindən dərs demişəm".