top
20 Yanvar faciəsindən 36 il ötür
20 yanvar 2026, 00:01
- ↺ +

20 Yanvar faciəsindən 36 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il keçir.

Bakuplus.az-ın məlumatına görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.

Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı il yanvar qurbanları simvolik olaraq "20 Yanvar şəhidi" adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər "20 Yanvar şəhidi" var.

Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
21 oktyabr 2026, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
21 oktyabr 2026, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
21 oktyabr 2026, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Siyasət
21 oktyabr 2026, 13:40

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI

Xəbər
21 oktyabr 2026, 13:12

16 yaşdan kiçiklərə sosial şəbəkələrdə hesab açmaq qadağan edilir

Aktual Xəbərlər
21 oktyabr 2026, 13:02

Sabiq idarə rəisi və sektor müdiri üçün 12 il həbs cəzası tələb olundu

Aktual Xəbərlər
21 oktyabr 2026, 12:54

Abşeronda dava: usta ev sahibini bıçaqladı

Xəbər
21 oktyabr 2026, 12:20

Azərbaycanda məktəblərdə "TikTok"a giriş qadağa edilib

Xəbər
21 oktyabr 2026, 11:04

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs olunub

Oxşar xəbərlər