top
21 yaşlı gənc sevgilisinin işlədiyi marketi qarət etdi
12 dekabr 2025, 14:30
- ↺ +

21 yaşlı gənc sevgilisinin işlədiyi marketi qarət etdi

Bakıda 21 yaşlı kişi sevgilisinin işlədiyi marketi qarət edib. 

Oxu.аz-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisindəki marketdə baş verib. 2004-cü il təvəllüdlü İsrail Məmmədov (soyad şərtidir) marketlə işləyən Səadət adlı xanımla tanış olub. Bir müddətdən sonra onların arasında sevgi münasibətləri yaranıb.
 
İsrail hər gün marketə gələrək, sevgilisinin iş vaxtının bitməsini gözləyib, daha sonra isə xanımı evlərinə ötürüb. Mağaza rəhbəri də onu Səadətin sevgilisi kimi tanıdığı üçün marketdə dayanmasına etiraz etməyib.
 
Heç bir yerdə işləməyən İsrail bir gün sevgilisinin yanında olarkən vitrindən bir qutu siqaret oğurlayıb. Bir neçə gündən sonra İsrail yenidən vitrindən iki blok siqaret oğurlayıb. Bu üsulla o, hər gün mağazadan bir neçə blok siqareti götürərək məhəllələrindəki marketə mayasından ucuz qiymətə satıb.
 
Hadisədən bir ay sonra isə o, mağaza müdirinin otaqda olmadığını görüb, həmin otağa daxil olub. O, mağaza müdirinin stolundan seyfin açarını götürərək, içərisində olan bir neçə blok siqaret oğurlayıb. Təxminən iki ay ərzində o mağazadan 3600 manatlıq siqaret oğurlayıb, məhəllələrindəki marketə 800 manata satıb.
 
Bir gün mağazada aparılan yoxlama zamanı müdirin 3600 manatlıq kəsiri aşkarlanıb. Mağaza müdiri marketin kamerasına baxış keçirərkən məlum olub ki, obyektdən oğurluq edən şəxs İsraildir. O, İsrail və onun sevgilisini çağıraraq hadisəni danışıb. İsrail kamera görüntüsündən sonra hadisəni etiraf etsə də, dəymiş ziyanı ödəməyə imkanı olmadığını bildirib. Mağaza müdiri məsələ ilə bağlı polisə müraciət edib. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
 
Xəzər Rayon Məhkəməsinin hökmü ilə İsrail Məmmədov iki il azadlıqdan məhrum edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Bu gün, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Bu gün, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Bu gün, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Bu gün, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Bu gün, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Bu gün, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Bu gün, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Oxşar xəbərlər