top
390 min manatlıq torpaq dələduzluğu: Keçmiş başçının imzası saxtalaşdırılıb
03 aprel 2026, 15:05
- ↺ +

390 min manatlıq torpaq dələduzluğu: Keçmiş başçının imzası saxtalaşdırılıb

Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin sahə nəzarətçisi Faiq Hidayətov dələduzluq əməlinə görə cəzalandırılıb.

Qaynarinfo.аz-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilən Faiq Hidayətova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Daha sonra məhkəmə Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsinə əsasən, Faiq Hidayətov barəsində şərti məhkumetmə tətbiq edilib və ona təyin olunan cəza 2 il sınaq müddəti ilə şərti hesab olunub.

Faiq Hidayətov məhkəmə prosesində özünü verilmiş ittiham üzrə təqsirli bilməyib.

Cinayət işinin materiallarından məlum olur ki, dələduzluq əməlində əsas fiqur Faiq Hidayətovun zərərçəkmiş Afşin Firuzmənd ilə tanış etdiyi Səfəralan adlı şəxs olub. Məhkəmənin hökmü ilə həmin şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İş materiallarına əsasən Afşin Firuzmənd Binəqədi rayonu "Baksol" adlanan ərazidə 6,9 hektar torpaq sahəsini özəlləşdirmək istəyib. Faiq Hidayətov onu Səfəralan adlı şəxslə tanış edib. Həmin şəxs vaxtilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətində işlədiyini deyib və Afşin Firuzməndə məxsus torpaq sahəsinin özəlləşdiriləcəyinə yardım edəcəyini bildirib.

Bunun müqabilində Afşin Firuzmənddən 390 000 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.

İş materiallarından o da məlum olur ki, Afşin Firuzməndə torpağın özəlləşdirilməsi ilə bağlı saxta sənədlər təqdim olunub. Bu sənədlərdə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin keçmiş rəisi Akif Abdullayevin və Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun imzası saxtalaşdırılıb.

 

Son xəbərlər

Xəbər
Bu gün, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Oxşar xəbərlər