top
6 - 13 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU
05 oktyabr 2025, 21:00
- ↺ +

6 - 13 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oktyabrın 6-dan 13-ə qədər bütün bürclər üçün ətraflı ulduz falını təqdim edirik:

QOÇ bürcü

Bu həftə həyat sizə dərs verməyə hazırdır. Həssaslığınızdan sui-istifadə edə biləcək insanlar var. Onlara qarşı diqqətli olun. İş axtaranlar üçün uğurlu xəbərlər gələcək. Sevgi məsələlərində isə səbrli olun. Təəssüf ki, gözlədiyiniz xoşbəxtlik bir qədər gecikə bilər.

Uğurlu günləriniz: 8, 11 oktyabr

Uğursuz gününüz: 9 oktyabr

BUĞA bürcü

Bu həftə pul məsələlərində çətinlik gözlənilmir – əksinə, bolluq içində olacaqsınız. Amma sizi əsəbiləşdirən insanlar və şəxsi işlərinizə qarışanlar olacaq. Emosiyalarınızı nəzarətdə saxlayın, xüsusən sevgilinizlə münasibətdə ehtiyyatlı olun. Keçmiş münasibət yenidən gündəmə gələ bilər.

Uğurlu günləriniz: 7, 10 oktyabr

Uğursuz gününüz: 6 oktyabr

ƏKİZLƏR bürcü

Bu həftə taleyin sizə bəxş etdiyi gözəl imkanlar var. Maraqlı tanışlıqlar, yeni təcrübələr və sürprizlər mümkündür. Lotereya və riskli addımlardan uğur qazana bilərsiniz. Sağlamlıq və həyat tərzinizi yaxşılaşdırmaq üçün səy göstərin.

Uğurlu günləriniz: 6, 11 oktyabr

Uğursuz gününüz: 10 oktyabr

XƏRÇƏNG bürcü

Bu həftə cazibədarlığınız zirvədə olacaq. Ancaq işdə ehtiyatlı olun: səhvlər sizi çətin vəziyyətə sala bilər. Yeni ideyalar istədiyiniz nəticəni verməyə bilər, amma həftənin sonu sizi motivasiya ilə dolduracaq. Bu həftə bəlkə də həyatınıza yeni biri daxil olacaq.

Uğurlu günləriniz: 7, 8 oktyabr

Uğursuz gününüz: 10 oktyabr

ŞİR bürcü

Həftə ərzində xəyalpərəst ruh halınız sizi səhv qərarlara apara bilər – ehtiyyatlı olun. Ticarət və alış-veriş üçün isə yaxşı zamandır. Münasibətlərdə diqqət və qayğı göstərməyiniz mütləqdir, əks halda anlaşılmazlıqlar yaşana bilər. Eqoistliyinizi kənara atın.

Uğurlu günləriniz: 10, 11 oktyabr

Uğursuz gününüz: 8 oktyabr

QIZ bürcü

Tələsik qərarlardan uzaq durun, hər şeyi təhlil edib hərəkət edin. Necə deyərlər, yüz ölçün, bir biçin. Bu həftə xərclərə nəzarət vacibdir, əks halda büdcəniz zərər görə bilər. QIZ bürcü

Tələsik qərarlardan uzaq durun, hər şeyi təhlil edib hərəkət edin. Necə deyərlər, yüz ölçün, bir biçin. Bu həftə xərclərə nəzarət vacibdir, əks halda büdcəniz zərər görə bilər. Arzuladığınız bir hadisə baş verəcək – hazır olun! Subaylar üçün yeni münasibətlər gözlənilir.

Uğurlu günləriniz: 6, 9 oktyabr

Uğursuz gününüz: 10 oktyabr

TƏRƏZİ bürcü

Həftənin əvvəlində gərginliklər yaşana bilər – xüsusilə rəhbər və ya yad insanla mübahisə mümkündür. Amma əmlakla bağlı uğurlar əldə edəcəksiniz. Subay Tərəzilər üçün isə maraqlı tanışlıq ola bilər. Şəxsi sərhədlərinizi qorumağı unutmayın.

Uğurlu günləriniz: 11, 13 oktyabr

Uğursuz gününüz: 10 oktyabr

ƏQRƏB bürcü

Bu həftə demək olar ki, hər şey sizin xeyrinizə olacaq. Həm işdə, həm də şəxsi həyatda uğurlar sizi gözləyir. Sağlamlıqla bağlı müsbət dəyişikliklər mümkündür. Amma gizli hisslər və qarşılıqsız sevgi sizi yora bilər. Çalışın bu həftə işlərinizə köklənəsiz. Ümumiyyətlə, oktyabr əqrəblər üçün yaxşı dövr hesab olunur.

Uğurlu günləriniz: 10, 11 oktyabr

Uğursuz gününüz: 6 oktyabr

OXATAN bürcü

Bu həftə iş həyatında təşəbbüskar olsanız, böyük uğurlar sizi gözləyir. Yaradıcı ideyalarınız rəhbərlik tərəfindən bəyəniləcək. Şəxsi həyatınızda gözlənilməz sürprizlər və yeniliklər mümkündür. Ancaq sizi manipulyasiya etməyə çalışan insanları özünüzdən uzaqlaşdırın. Bəzi şeyləri yola verməmək məsləhətdir.

Uğurlu günləriniz: 6, 10 oktyabr

Uğursuz gününüz: 8 oktyabr

OĞLAQ bürcü

Bu həftə xarici əlaqələriniz güclənəcək. Səyahət və ya beynəlxalq təkliflər ala bilərsiniz. İş yerində sizə paxıllıq edən insanlara qarşı diqqətli olun. Romantik münasibətlərdə isə açıq söhbətlərə ehtiyac var. Özünüzü də unutmayın – istirahət və özünüzə diqqət bu həftə vacibdir.

Uğurlu günləriniz: 7, 10 oktyabr

Uğursuz gününüz: 12 oktyabr

DOLÇA bürcü

Bu həftə maliyyə baxımından şanslısınız. Qəfil gəlir və ya bahalı hədiyyə ilə qarşılaşa bilərsiniz. Dəbdəbəli yerlərdə vaxt keçirmək üçün imkanlar yaranacaq. Karyeranızda da irəliləyiş gözlənilir, ancaq diqqətli və məsuliyyətli olmağa davam edin.

Uğurlu günləriniz: 7, 8 oktyabr

Uğursuz gününüz: 10 oktyabr

BALIQLAR bürcü

Bu həftə həyatınıza yeniliklər gələcək. Maraqlı insanlarla tanışlıq və gözlənilməz xəbərlər sizi sevindirəcək. İşdə əzmkarlığınız rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Romantik görüşlər üçün mükəmməl zamandır — xüsusilə 9 və 10 oktyabr tarixlərində səyahət və ya  münasibətinizlə bağlı yeniliklər gözlənilir. Keçmişdə etdiyiniz bir səhvi düzəltmək üçün əla fürsətdir.

Uğurlu günləriniz: 9, 10 oktyabr

Uğursuz gününüz: 8 oktyabr

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər