top
8 Martda gələn gül faciə ilə bitdi – Bu bıçaq, bu da mən...
31 iyul 2026, 11:00
- ↺ +

8 Martda gələn gül faciə ilə bitdi – "Bu bıçaq, bu da mən..."

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı Şəhla Hüseynovanı qətlə yetirməkdə təqsirləndirilən İlham Hüseynovun cinayət işi üzrə diqqətçəkən detallar məlum olub.

İttihama görə, cütlük Yasamal rayonunda kirayədə yaşayırmış. Fevral ayında ər-arvad marketdən alış-veriş edərkən tanımadıqları orta yaşlı kişi aldıqları ərzaqların pulunu ödəyərək onlara verib. Daha sonra isə həmin şəxsin qadına pul verdiyini gördüyünü iddia etməsi İlham Hüseynovda xəyanət şübhəsi yaradıb. 8 Mart münasibətilə Şəhlaya göndərilən gül dəstəsi də onun şübhələrini daha da artırıb.

Məhkəmədə verdiyi ifadədə İlham Hüseynov bildirib ki, həyat yoldaşını bir neçə gün gizli şəkildə izləyib və gördüklərindən sonra onun başqa kişi ilə münasibətdə olduğuna inanmağa başlayıb. O, hətta başqa rayona köçərək yeni həyata başlamağı təklif etdiyini, lakin razılıq əldə olunmadığını deyərək qətli əvvəlcədən planlaşdırdığını etiraf edib.

Mart ayında ər-arvad arasında növbəti mübahisə zamanı İlham Hüseynov əvvəlcədən aldığı mətbəx bıçağı ilə həyat yoldaşına ardıcıl zərbələr endirib. Məhkəmə-tibbi ekspertizasına əsasən, qadının bədənində 10 bıçaq xəsarəti aşkarlanıb və o, hadisə yerində ölüb.

Təqsirləndirilən şəxs ifadəsində hadisədən sonra qadının öldüyünə əmin olmaq üçün bir müddət onun yanında gözlədiyini, daha sonra isə bıçağı götürərək polis şöbəsinə getdiyini bildirib. O, polis əməkdaşlarına "Bu bıçaq, bu da mən, həyat yoldaşımı öldürmüşəm" dediyini də təsdiqləyib.

Əməlindən peşman olduğunu bildirən İlham Hüseynov məhkəmədən yüngül cəza istəsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlham Hüseynov MTK-ların birində fəhlə işləyirmiş. 

mənbə: pravda.az

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər