top
85 illik ömrünü ədəbiyyata həsr edən Fikrət Qoca
25 avqust 2026, 09:45
- +

85 illik ömrünü ədəbiyyata həsr edən Fikrət Qoca

Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür.

1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində doğulan Fikrət Qoca ədəbiyyata erkən yaşlardan maraq göstərmiş, 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Əsərləri 1956-cı ildən mətbuatda çap olunur. O, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında çalışmış, Yazıçılar Birliyində məsul katib və birinci katib vəzifələrində fəaliyyət göstərib.

Şairin poeziyasında Vətənə sonsuz sevgi, şəhidlərə ehtiram, xalqımızın qəhrəmanlıq tarixi və təbiət gözəllikləri əsas mövzulardandır. Əsərləri oxucunu milli düşüncəyə və vətənpərvərliyə səsləyir.

Onun "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" poemalarında 1990-cı illərin azadlıq hərəkatı, "Ölüm ayrılıq deyil", "Hələlik – qiyamətədək" povestlərində isə 20 Yanvar faciəsi əksini tapmışdır. Fikrət Qoca həmçinin Ernesto Çe Gevara, Amilkar Kabral, Xose Risal kimi dünya azadlıq simalarına həsr olunmuş poemaların müəllifidir. O, bir sıra tanınmış yazıçı və şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə etmiş, özü də müxtəlif dillərə tərcümə olunub.

Şeirlərinə bəstələnmiş mahnılar ("Könlüm", "Gəl ey səhər", "Payız gəldi" və s.) geniş auditoriya tərəfindən sevilir. "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə Azərbaycan Komsomolu mükafatı (1968), sonrakı illərdə isə "Humay" mükafatı (1998) ilə təltif olunmuşdur. O, "Əməkdar incəsənət xadimi", "Xalq şairi" fəxri adlarına, "Şöhrət", "Şərəf", "İstiqlal" ordenlərinə, Dövlət Mükafatına və Prezidentin Fəxri Diplomuna layiq görülüb.

Şairin "Qağayı", "Hamıya borcluyam", "Od gəlini", "Yatmadığım gecələrdə", "Ömürdən səhifələr", "Sükutun səsi" və digər kitabları oxucuların rəğbətini qazanmışdır. Onun yaradıcılığında ənənə və novatorluq vəhdət təşkil edir. Heca vəznində yazsa da, sərbəst və səmimi ifadə tərzi ilə seçilir.

Fikrət Qoca 2021-ci il mayın 5-də, 85 yaşında vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 17:53

"Həndbolçularımız işıqsız, suyun olmadığı şəraitdə məşq edirdilər" - Federasiyasının idman direktoru

Xəbər
Bu gün, 17:37

Bakıda qolları olmayan körpə doğuldu - Anası İMTİNA ETDİ

Xəbər
Bu gün, 16:28

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan TUTULDU - YENİLƏNİB

Xəbər
Bu gün, 15:14

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
Bu gün, 14:46

Bakıda kişi ona içmə deyən arvadına badalaq vurdu

Xəbər
Bu gün, 13:19

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Xəbər
Bu gün, 12:43

Göldən pis qoxu gəlir, əraziyə zibil atılır – Ramanalılar kömək istəyir

Xəbər
Bu gün, 11:58

Pivə zavodundan Xəzər dənizinə çirkab sular axıdılır?

Xəbər
Bu gün, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Xəbər
Bu gün, 09:23

Bakının Yasamal rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
Dünən, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
Dünən, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
Dünən, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
Dünən, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
Dünən, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
07 sentyabr 2026, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
07 sentyabr 2026, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Oxşar xəbərlər