top
Afaq Bəşirqızının 70 yaşı tamam olur
15 avqust 2025, 10:32
- ↺ +

Afaq Bəşirqızının 70 yaşı tamam olur

15 avqust görkəmli sənətkar Afaq Bəşirqızının doğum günüdür.

Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub.

1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinfinə gedib və 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib.

Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə (rəhbəri Məhərrəm Bədirzadə) gedib. 1974–1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edib. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam" (Zəhra), Əli Əmirlinin "Bala başa bəla" (Suğra), Məcnun Vahidov "Yarımştat" (Ayna), Aqşin Babayevin "Nekroloq"(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xarakterli rollar və "Afaq gülür güldürür" şousunda müxtəlif obrazlar yaradıb. Azərbaycanfilmin istehsalı olan Bəxt üzüyü Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib.

O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışıb və həmin Universitetin professor elmi adına layiq görülüb.

Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Dünən Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Afaq Bəşir qızı Səfərova "Şərəf" ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Son xəbərlər

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
05 oktyabr 2026, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Oxşar xəbərlər