top
Ailəsini tərk edib başqa kişi ilə yaşadı, 17 yaşlı oğlu QƏTLƏ YETİRDİ
14 mart 2026, 13:09
- ↺ +

Ailəsini tərk edib başqa kişi ilə yaşadı, 17 yaşlı oğlu QƏTLƏ YETİRDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonunda qısqanclıq zəminində anasını qətlə yetirməkdə təqsirləndirilən 2008-ci il təvəllüdlü Bəhruz Mirzəyevin cinayət işi üzrə məhkəmə hökmü elan olunub.

Demokrat.az xəbər verir ki, Bəhruz anası, 1986-cı il təvəllüdlü Solmazın ailəni tərk edərək başqa kişi ilə yaşamasını özünün və ailəsinin ləyaqətini alçaldan hərəkət kimi qiymətləndirib və qisas almaq qərarına gəlib.

O, 2025-ci ilin mart ayında anası ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq onu guya kirayə ev tapmaq bəhanəsi ilə Abşeron rayonu, Məmmədli kəndinə görüşə çağırıb. Bəhruz görüşə gedərkən özü ilə evdən mətbəx bıçağını da götürüb.

Saat 17 radələrində anası ilə görüşən yeniyetmə küçə ilə gəzdikləri zaman qadına çoxsaylı bıçaq zərbələri vurub. Solmaz aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İstintaq zamanı Bəhruz elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, anasının ailəni tərk etməsi ilə barışa bilməyib və görüşə gedərkən onu öldürmək niyyətində olub. Onun sözlərinə görə, anası yenidən ailəyə qayıtmağa razılaşsaydı, cinayəti törətməyəcəkdi.

Bəhruz barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən olunub.

Qeyd edək ki, adlar şərtidir.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər