top
Mehriban Xanlarova məni polisə şikayət edib - AÇIQLAMA + YENİLƏNİB
06 dekabr 2024, 05:20
- ↺ +

"Mehriban Xanlarova məni polisə şikayət edib" - AÇIQLAMA + YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Məni polisə verib. Uşaqpulu, sosial kartımın hamısı Mehriban Xanlarovanın əlindədir. Həmin pulu uşaqlarımın təhsilinə, yeməyinə xərcləyir. Övladım telefonumla oynayanda bilmədən əli dəyib və tətbiq vasitəsi ilə bankdan kredit götürülüb. Sonra da həmin pula “TikTok”da jeton alıb. Gecə ilə bizim evimizə gəlib kartları üstümə atdı ki, kredit götürmüsən".

Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarovanın övladlığa götürdüyü bacısı qızı Aysel Xanlarova deyib. Aysel xalasının efirdə onun haqqında verdiyi açıqlamaya aydınlıq gətirib. O bildirib ki, insanlar gerçəkləri bilmədən onu tənqid edirlər:

"Mənə dedi ki, kartdan pul oğurlanıb, gedək polisə ərizə yazaq. Amma sən demə, məni polisə şikayət edib, aparır ki, izahat yazım. Guya, pulu mən götürüb, xərcləmişəm.

Özüm ətir reklamına dəvət edirlər, gedirəm, parfum mağazalarından sifariş qəbul edirəm, “TikTok”da canlı yayım açıb orada jeton atırlar, 100 manat olanda çıxardıb xərcləyirəm. Halal yolla çalışıb, pul qazanıram. Heç vaxt zəng vurub deməmişəm ki, acam".

Aysel bildirib ki, 12 yaşında M.Xanlarovanın anası yox, xalası olduğunu öyrənib:

"Mənim anam idinsə, niyə 12 yaşımda mənə deyirdin ki, xalanam, anan deyiləm. Sona kimi analığı edərdin. Uşaqlarımı qəbiristanlığa aparıb deyir ki, nənəniz mən yox, bu qadındır. Uşaqların psixologiyası pozulur".

Qeyd edək ki, M.Xanlarova Ayseldən rəsmi imtina etdiyini açıqlayıb. O bildirib ki, 35 ildir analıq etdiyi bacısı qızını bağışlamayacaq.

***

10:59

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızından rəsmi olaraq imtina etdiyini açıqlayıb.

Bakuplus.az xəbər verir ki, aktrisa bu barədə televiziya proqramlarının birində danışıb:

"Rəsmi imtina etmişəm. Qızım deyil, bacımın qızıdır. Bitdi, 35 ildir saxladım, böyütdüm, maddi və mənəvi dəstək oldum. Bundan sonra mənim üçün o adda insan yoxdur. Bundan sonra öz həyatımı və anam üçün yaşamaq istəyirəm".

Mehriban Xanlarova boya-başa çatdırdığı Aysel adlı bacısı qızından incidiyini bildirib.

"Bacımın ruhu qarşısında alnım açıqdır, artıq mən məsuliyyət daşımıram. Xoşunuz gələrdi illərlə canını, gözəlliyini, yaşını – hər şeyini həsr edəsən, bir qarnı ac, bir qarnı tox qalıb onu böyədəsən, amma bir gün gəlib desinlər ki, sən nənə yox, nənəliksən. Qəbul edərsiniz?

Məhz uşaqlara deyib ki, anam da, xalam da deyil. Mənim üçün adi Mehribandır. 19 yaşından gedib, məsuliyyətini o ailə daşıyır. Mənim şəxsən imkanım olsa hətta anamı götürüb buralardan çıxıb gedərəm. Ölsəm, ölümün üstünə gəlməsin".

Daha sonra Aysel studiyaya zəng edib, Xanlarova isə onun səsini eşidib proqramı tərk edib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:24

Bakıda yeniyetmə futbol oynadığı zaman cinayət törətdi

Xəbər
Bu gün, 17:00

Lavrov Bakıya gələcək

Siyasət
Bu gün, 16:56

Şavkat Mirziyoyev Bakıya gəlir

Siyasət
Bu gün, 16:40

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Xəbər
Bu gün, 15:58

Azərbaycanlılar ən çox nəyə pul xərcləyirlər? – SİYAHI AÇIQLANDI

Xəbər
Bu gün, 15:11

Bakıda ər arvadını kreditə görə döydü

Xəbər
Bu gün, 13:48

Bakıda qonşular içki içib 30 manata görə dalaşdılar

Xəbər
Bu gün, 13:05

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Bu gün, 12:02

"Bakı Ağac Emalı" ASC-də baş verən partlayışla bağlı yenidən kassasiya şikayəti verilib

Xəbər
Bu gün, 11:54

Bakıda arvadını qətlə yetirən türkiyəli iş adamı MİRASDAN MƏHRUM EDİLDİ

Xəbər
Bu gün, 11:38

AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb

Aktual Xəbərlər
Bu gün, 10:16

Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Aktual Xəbərlər
Bu gün, 09:46

AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə dələduzluq

Aktual Xəbərlər
Bu gün, 09:19

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub - RƏSMİ

Xəbər
Bu gün, 09:11

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Xəbər
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Xəbər
Dünən, 17:45

"Sərxoşluğu mənə xoş gəlmədi" — Bakıda kafedə Polşa vətəndaşını bıçaqladı

Aktual Xəbərlər
Dünən, 16:27

136 saylı məktəbdəki insidentdə iki şagird xəsarət alıb

Aktual Xəbərlər
Dünən, 13:33

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Aktual Xəbərlər
Dünən, 12:48

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 11:44

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

İdman
Dünən, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Aktual Xəbərlər
Dünən, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Dünən, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Oxşar xəbərlər