top
“Aktyora pul verməyə əlləri gəlmir” - Xalq artisti əsəbləşdi
25 mart 2025, 04:07
- ↺ +

“Aktyora pul verməyə əlləri gəlmir” - Xalq artisti əsəbləşdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Biz artıq inkişaf etmiş ölkələr sırasına daxilik. Bəzi sahələrdə bunun təsirini görürük. Amma bu bizim qonorarımıza təsir etmir. Bilirsiniz ki, aktyorlar, tanınmış insanlar hər zaman göz önündə olurlar. Onların geyimləri, makiyajları xüsusi diqqət cəlb edir. Adi kosmetoloqlar belə özlərini reklam edəndə çalışırlar ki, tanınmış insanlardan istifadə etsinlər. Çox zaman bizim kimi tanınmış simalar dəbi yaradır. Bizlərdən dəb götürürlər. Bu hər zaman belə olub. Sovet dönəmində də düşünürdük ki, qonorarımız azdır. İndiki vəziyyətlə müqayisə etsək qonorarımız ümumiyyətlə azdır. Aktyorun, aktrisanın qonorarı ümumiyyətlə yüksək olmalıdır. Rusiyada, Türkiyədə çox yüksəkdir. Mən Rusiyada “Mosfilm”-də çəkilmişəm. Yüksək də qonorar veriblər. Adi tanınmayan aktyora belə külli miqdarda qonorar verirlər. Çünki aktyor günün 2 saatını həmin çəkilişə həsr edir. Xüsusilə brend aktyor və aktrisaların qonorarı yüksək olmalıdır”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib.

Naibə Allahverdiyeva bildirib ki, həyat çox bahalaşıb: “Düzdür, sənət heç bir pulla, mal-mülklə olmur. Amma yaşamaq da lazımdır. Bunun üçün də pul mütləqdir. Əfsuslar olsun ki, bizə bu qonorarları vermirlər. Mən eşitdiyimə görə hətta seriallarda belə aktyorlar narazılıq edirlər. Onlar aylıq maaş alırlar. Bu da çox azdır. Heç zəhmətə dəyməz. Bir dəfə mən özüm də seriala çəkiləndə axşam saat 9-da çağırıb, səhərə yaxın saat 5-də buraxıblar. Çox əziyyətli bir işdir”.

Naibə Allahverdiyeva deyib ki, yüksək qonorar gözləntisi yoxdur:

“Vətənimizin tarixinə, qəhrəmanlara aid bir film olsa mən heç qonorar barəsində düşünmərəm də. Hansı ki, bu film vətənimizi bütün dünyada tanıdacaq. Nə qonorar versələr danışmaram. Azdır, çoxdur demərəm. Çünki bu film bizə başucalığı gətirəcəksə, bunun nəyi pisdir ki? Bizim üçün də şərəf olar. Sizə onu da deyim ki, ssenarist də, rejissor da, digər çəkiliş kollektivi də çox gözəl qonorar alır. Mən eşitdiyimə görə adi bir ssenarini 15-20 minə yazırlar, sizcə, aktyorun əziyyəti onlardan azdır? İşıqçısından tutmuş, geyim rəssamına qədər normal pul alır, aktyora pul verməyə əlləri gəlmir. Mənə elə gəlir ki, bu iş tənzimlənməlidir. Belə olmaz”.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər