top
Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
17 iyul 2026, 11:59
- +

Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz

Çoxmənzilli binalardan mənzil alan şəxslərlə bina tikən şirkətlər arasında ən çox rast gəlinən mübahisələrdən biri mənzilin sahəsi ilə bağlıdır. Əksər hallarda alıcı daşınmaz əmlakın dövlət reyestrindən aldığı çıxarışda qeyd olunan sahənin müqavilədə göstərilən sahədən az olduğunu gördükdə şirkətin müqaviləni pozduğunu hesab edir.

Ali Məhkəmə vurğulayır ki, belə işlərə baxılarkən ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri araşdırılmalıdır.

Əgər müqavilədə mənzilin sahəsinin hansı qayda ilə hesablanacağı (məsələn, içdən-içə, çöldən-çölə və ya şəhərsalma qanunvericiliyinə uyğun) ayrıca razılaşdırılıbsa, mübahisə həmin şərtlərə uyğun həll olunmalıdır.

Bu baxımdan, mənzil almaq istəyən şəxslər müqaviləni imzalamazdan əvvəl mənzilin sahəsinin hansı qaydada hesablanacağına dair şərtlərə xüsusi diqqət yetirməlidirlər.

Müqavilədə sahənin hesablanma qaydası müəyyən edilməyibsə, müqavilədə göstərilən sahənin mənzilin faktiki işçi sahəsinə uyğun gəlib-gəlmədiyi yoxlanılmalıdır. Mənzilin işçi sahəsi dedikdə bayır və ara divarlarının, habelə məhəccərlərin və sobanın altındakı sahələr nəzərə alınmadan və şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş azaltma əmsalı tətbiq edilmədən müəyyən edilən sahə nəzərdə tutulur.

Bu zaman yerində ölçmə aparılmalı və bu ölçmənin nəticəsində mənzilin işçi sahəsi müqavilədə razılaşdırılmış sahəyə uyğun gəlirsə, şirkət müqavilə üzrə sahəyə dair öhdəliyini lazımi qaydada icra etmiş hesab edilir. Əksinə, faktiki işçi sahənin müqavilədə nəzərdə tutulan sahədən az olduğu müəyyən edilərsə, bu artıq şirkətin müqavilə öhdəliyini qüsurlu icra etməsi kimi qiymətləndirilir.

Reyestr çıxarışında göstərilən sahə niyə müqavilədəki sahədən adətən az olur?

Daşınmaz əmlakın dövlət reyestrində mənzilin ümumi sahəsi şəhərsalma və tikinti qaydalarına uyğun balkon və terrasların sahələri müvafiq azaltma əmsalına vurulmaqla hesablanır. Bu əmsal həmin sahələri fiziki olaraq kiçiltmir, sadəcə ümumi sahənin normativ qaydada hesablanması üsulunu müəyyən edir.

Belə ki, balkon, terras və bəzi digər açıq sahələr yaşayış otaqları ilə eyni funksiyanı daşımır. Onlar adətən yaşayış üçün nəzərdə tutulmur, iqlim şəraitindən asılı olaraq məhdud istifadə olunur və istifadəyə yararlılıq baxımından daha aşağı dəyərə malikdir. Buna görə də onların faktiki ölçüsü tam həcmdə deyil, 0,3 əmsalı tətbiq edilməklə ümumi sahəyə daxil edilir.

Başqa sözlə, 0,3 əmsalının məqsədi ümumi sahəni kiçiltmək deyil, tətbiq edildiyi sahənin yaşayış sahəsi ilə müqayisədə normativ dəyərini müəyyən etməkdir.

Ali Məhkəmənin mövqeyinə görə şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş mənzilin ümumi sahəsinin hesablanması qaydaları dövlət reyestrində daşınmaz əmlakın vahid metodologiya üzrə uçota alınması məqsədi daşıyır və müqavilədə ayrıca razılaşdırılmadıqca mülki-hüquqi münasibətlərə avtomatik tətbiq edilə bilməz. Əks yanaşma müqavilə azadlığı prinsipinə zidd olar.

Odur ki, çıxarışda mənzilin sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş azaltma əmsalı tətbiq edilməklə müqavilədə göstərilən sahədən az hesablanması, əgər tərəflər müqavilədə mənzilin sahəsinin həmin qaydalara uyğun hesablanacağını razılaşdırmayıblarsa, şirkətin müqavilə öhdəliyini pozması anlamına gəlmir.

Bu zaman müqavilədə nəzərdə tutulan sahə faktiki olaraq mövcud olur, fərq yalnız dövlət reyestrində ümumi sahənin normativ qaydada hesablanması metodologiyasından irəli gəlir.

Mənzildə sonradan aparılan dəyişikliklər nəzərə alınırmı?

Əgər şəxs mənzili qəbul etdikdən sonra daxilində yenidənqurma və ya planlaşdırma işləri aparıbsa və nəticədə işçi sahənin bir hissəsi divaraltı sahəyə çevrilibsə, bu zaman öhdəliyin icrası mənzilin təhvil verildiyi vəziyyət və ilkin layihə sənədləri əsasında yoxlanılmalıdır. Sonradan daxili sahələrin divaraltı sahəyə çevrilməsi şirkətin ziyanına qiymətləndirilə bilməz.

Çatışmayan sahənin dəyəri necə hesablanır?

Əgər mənzildə sahə çatışmazlığı müəyyən edilərsə, alıcı çatışmayan sahənin dəyərinin ödənilməsini tələb edərkən mübahisəyə baxıldığı vaxt mövcud olan bazar qiymətlərinə əsaslana bilər.

Bu mübahisələrə dair iddia müddəti necə tətbiq olunur?

Çoxmənzilli binanın tərkib hissəsi ilə əlaqədar müqavilənin qüsurlu icrası ilə bağlı tələblər üzrə 5 illik iddia müddəti tətbiq edilir və bu müddətin axımı mənzilin fiziki təhvil alındığı gündən hesablanır.

İddiaçılar çox vaxt iddia edirlər ki, onlar qüsurlar barədə çıxarış əldə etdikdən sonra məlumatlı olurlar. Ali Məhkəmə bununla bağlı baxdığı konkret mübahisələr üzrə qeyd etmişdir ki, vətəndaşların mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlamaq imkanları var.

Nəticə etibarilə, iddia müddəti keçdikdən sonra qaldırılmış iddialar üzrə hətta mənzildə faktiki sahə çatışmazlığı müəyyən edilsə belə, cavabdeh şirkət iddia müddətinin tətbiqi barədə ərizə verərsə, iddia təmin edilməyəcək.

mənbə: AZƏRTAC 

Son xəbərlər

Xəbər
Bu gün, 17:26

Bu gün xan qızı Natəvanın doğum günüdür

Xəbər
Bu gün, 17:04

İlk Bakuplus.az işıqlandırdı - Qonşuların 20 illik toyuq problemi həllini tapdı

Xəbər
Bu gün, 16:41

Bu il doğulan uşaqlara ən çox qoyulan ADLAR

Xəbər
Bu gün, 15:12

Dələduzluq edən 8 nəfər saxlanıldı

Xəbər
Bu gün, 14:19

"28 May–Nizami" xəttində 100-ə yaxın avtobus cəlb olunub - AYNA

Xəbər
Bu gün, 13:32

İlk ali təhsilli azərbaycanlı qadının anım günüdür

Xəbər
Bu gün, 12:43

Pirşağıda "Qızıl qum" çimərliyi zibillik içindədir

Xəbər
Bu gün, 11:38

Bakıda atasına cavab qaytaran qız DÖYÜLDÜ

Xəbər
Bu gün, 10:34

Bakıda mənzili harada daha ucuz kirayələmək olar: İki və üçotaqlı evlərin qiymətləri

Xəbər
Bu gün, 09:24

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Xəbər
Bu gün, 09:11

Bu gündən "Nizami" və "28 May" metrostansiyaları arasında qatarlar işləmir

Xəbər
Dünən, 18:00

Abşeron xəstəxanasında uzun növbə - VİDEO

Xəbər
Dünən, 17:27

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanıldı

Xəbər
Dünən, 16:43

Xırdalan–Sumqayıt xətti üzrə qatarların fəaliyyəti bərpa olunur

Xəbər
Dünən, 16:10

Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürtdü - VİDEO

Xəbər
Dünən, 16:00

DSX-də generalların yeri dəyişdi

Xəbər
Dünən, 15:09

Bakıda məktəbli formaları fərqli qiymətə satılır

Xəbər
Dünən, 14:10

Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT

Xəbər
Dünən, 13:51

Paytaxtda avtoxuliqanlıq edən moped sürücüsü həbs olundu

Xəbər
Dünən, 13:37

Alim Qasımov 69 yaşında: "Yaşlaşdıqca adama can sağlığı lazım olur"

Xəbər
Dünən, 13:09

Bakıda sabahın hava PROQNOZU

Xəbər
Dünən, 12:20

Tiktoker "Qara qartal" SAXLANILDI

Xəbər
Dünən, 12:05

"Budaqlar adamın gözünə girir" - Yasamal sakinləri + VİDEO

Xəbər
Dünən, 11:21

Magistraturaya qeydiyyat başa çatdı

Xəbər
Dünən, 11:02

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanıldı

Xəbər
Dünən, 10:17

Aeroport yolunda "Opel"lə marşrut avtobusu toqquşdu - VİDEO

Xəbər
Dünən, 09:46

Masazırın qaz təchizatında ciddi problemlər

Xəbər
13 avqust 2026, 18:00

DİM sədri ixtisas qrupları üzrə müsabiqə vəziyyətinə aydınlıq gətirib

Oxşar xəbərlər