"Üzeyir bəy mənimlə əlaqə saxladı. Bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm dedi. Qulaq asdım, sözlərini, musiqisini bəyəndim və oxudum. Əsas da mahnının sözləri ürəyimə yatdı".
Bu sözləri Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə duet oxumasından danışarkən bildirib.
O, "Dueti insanlar birmənalı qarşılamadı. Əvvəlcədən təxmin etmişdiniz?" sualına belə cavab verib: "Yox. Daha doğrusu, bu qədər yox. Ancaq Üzeyirlə duetimizin belə qarşılanacağını təxmin edirdim, amma bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər".
Mənbə: kulis.аz