top
Alimin öldüyü qəza ilə bağlı məhkəmə - Barışıq üçün məbləğ təklif olundu
28 avqust 2025, 14:20
- +

Alimin öldüyü qəza ilə bağlı məhkəmə - Barışıq üçün məbləğ təklif olundu

Bakıda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Apa.az xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, zərərçəkmiş tərəfin hüquqi varisinin vəkilləri məhkəmədə iştirak edə bilməyəcəklərini və prosesin təxirə salınması ilə bağlı elektron ərizə təqdim edib.

Ərizəyə münasibət bildirən vəkil Musa Abdinov etiraz etmədiyini və barışıq üçün qarşı tərəfə təkliflərin verildiyini bildirib:

"Ötən prosesdən sonra biz onlara məbləğ təklif etdik. Bununla yanaşı onlara müəyyən müddət ərzində aylıq ödənişin edilə bilinəcəyini də demişik. Onlardan cavab gözləyirik".

İş üzrə təqsirləndirilən Azər Maqsudov vəkili ilə razı olduğunu, barışıq üçün addımların atıldığını, mümkün olan bütün təkliflərin irəli sürüldüyünü, qarşı tərəfin hələ cavab vermədiyini bildirib.

Dövlət ittihamçısı baxılan cinayət işi üzrə qarşı tərəfin iştirakının zəruri olduğunu əsas gətirərək işin təxirə salınmasını bildirib.

Məhkəmə qarşı tərəfin vəkillərinin ərizəsini təmin edək.

Proses sentyabrın 8-dək təxirə salınıb.

Bildirilib ki, vəkil tərəfindən verilmiş vəsatətə danışıqların nəticəsindən sonra baxılacaq.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

Son xəbərlər

Xəbər
Bu gün, 11:59

Qaynını oğlunun gözü qarşısında xüsusi amansızlqla öldürdü

Xəbər
Bu gün, 11:17

Həftəsonu dəhşətli isti olacaq - Xəbərdarlıq

Xəbər
Bu gün, 10:29

Dünya şöhrətli bakılı şahmatçının doğum günüdür

Aktual Xəbərlər
Bu gün, 10:05

Bakıda marşrut avtobusunda texniki nasazlıq yarandı - VİDEO

Xəbər
Bu gün, 10:01

Rəqqasə Oksananın Batumidəki istirahəti burnundan gəldi - FOTO

Xəbər
Bu gün, 09:50

Şəhid pilotumuzun anım günüdür

Xəbər
Dünən, 18:00

Şəhid anası qızına böyrəyini verdi

Xəbər
Dünən, 17:30

Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO

Xəbər
Dünən, 17:03

Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanı axtarırlar - VİDEO

Xəbər
Dünən, 16:21

"10 mini olanın atasına lənət..." - Əhəd Abıyev

Xəbər
Dünən, 15:47

Bakıda 16 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzə

Xəbər
Dünən, 15:36

Bakıda ŞOK QARƏT: Bankdan çıxardığı 200 min manatı götürüb qaçdı - VİDEO

Xəbər
Dünən, 14:37

Bakıda tələbə oğlanın meyiti tapıldı

Xəbər
Dünən, 13:44

Mehriban Xanlarova: "Mən susmamışam və susmaq fikrim də yoxdur" - ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 13:20

"Akkord"un binasında FACİƏ: Gənc oğlan 8-ci mərtəbədən yıxılıb ÖLDÜ

Xəbər
Dünən, 12:27

Yayda bu qidaları yeməyin - Mütəxəssisdən həyəcan təbili

Xəbər
Dünən, 12:26

Sabah Bakıda 38 dərəcə isti olacaq

Xəbər
Dünən, 11:50

Peşə təhsilinə 28 mindən çox tələbənin qəbulu nəzərdə tutulur

Xəbər
Dünən, 10:52

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

Xəbər
Dünən, 10:37

Skuter sürənlər qaydalara məhəl qoymadı, qəza şəraiti yarandı - VİDEO

Xəbər
Dünən, 09:59

Dostunu qətlə yetirən: "Hədələyirdi ki, anamı da, məni də öldürəcək"

Xəbər
Dünən, 09:55

Hüquqşünas alimə cinayət işi açıldı

Xəbər
Dünən, 09:28

Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi

Xəbər
22 iyul 2026, 18:00

"103"ə 34 mindən çox əsassız çağırış olub - TƏBİB

Oxşar xəbərlər