top
Arvadını, baldızını, nənələrini öldürmək istədi - Bakıda dəhşətli cinayətin detalları
16 fevral 2026, 12:30
- ↺ +

Arvadını, baldızını, nənələrini öldürmək istədi - Bakıda dəhşətli cinayətin detalları

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Ali Məhkəmədə Zaur Hüseynovun sədrliyi ilə araşdırılır.

İttihama görə, hadisə 2024-cü il mayın 17-də Sabunçu qəsəbəsi, Şəhər şosesi, 3 ünvanında yerləşən evdə baş verib.

Hadisədən iki gün sonra cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Elnur Əliyev saxlanılıb.

İstintaqla müəyyən edilib ki, Elnur Əliyev arvadı Elminaz Əliyevaya zəng edərək qonaq getdiyi anasıgildən geri çağırıb. Yoldaşı onunla birgə yaşamaq istəmədiyini və ayrılmaq niyyətini bildirdikdə aralarında mübahisə başlayıb. Qisas almaq niyyəti ilə qadını öldürmək qərarına gələn Elnur Əliyev qayınanası gilə gedib. Aqressiv şəkildə arvadını çağırıb, ondan çölə çıxmasını tələb edib. Arvadının nənəsi ondan səs-küy salmayıb, çıxıb getməsini tələb etdikdə, yumruqla qadının üzünə zərbə vurub. Qonşuları köməyə çağırmaqdan ötrü həyətə çıxan baldızının arxasınca qaçaraq onun boynundan tutub və üzərindəki bıçaqla 4 dəfə zərbə endirib. Sonra arvadının üzərinə hücum çəkib. Onu arxası üstə yerə yıxıb bıçağı göstərərək başını kəsəcəyi ilə hədələyib. Qadının baş nahiyəsinə və döş qəfəsinə 2 dəfə zərbə vurub. Nənəsi onun əlindəki bıçağın tiyəsindən tutub, mane olmağa çalışanda, qadının sol əlinin 3 barmağı kəsilib. Daha sonra kürəyinə də zərbə endirib.

Baldızı suqabını onun başına çırpanda yerə yıxılıb və qonşuların gəldiyini görərək hadisə yerindən qaçıb. 

Zərərçəkmiş şəxslər vaxtında Sabunçu Tibb Mərkəzinə çatdırılaraq həyatları xilas olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər