top
Arvadını beysbol dəyənəyi ilə öldürdü – Xəvariclərin üzvi imiş
09 fevral 2026, 15:20
- +

Arvadını beysbol dəyənəyi ilə öldürdü – Xəvariclərin üzvi imiş

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

İttiham aktına görə, Ramil Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşını idman aləti olan beysbol dəyənəyi ilə döyərək qətlə yetirib.

Hadisə 2025-ci il fevralın 8-də Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Məlumata əsasən, o, arvadı, 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanı beysbol dəyənəyi ilə döyüb. Sonra Gürcüstana maşın almağa gedib. Tiflisdə olarkən arvadının öldüyünü eşitsə də, ölkəyə qayıtmayıb. Onu "İnterpol"un əməkdaşları saxlayıb.

Məhkəmədə Lamiyənin hüquqi varisi kimi qardaşı ifadə verib. Onun sözlərinə görə, Ramil xəvariclər deyilən dini qrupun üzvü olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. 

Qeyd edək ki, Ramil Məmmədovun daha əvvəl törətdiyi digər cinayətə görə 7 il müddətinə azadlıqdan məhrum edilibmiş.

Son xəbərlər

Xəbər
Bu gün, 17:53

"Həndbolçularımız işıqsız, suyun olmadığı şəraitdə məşq edirdilər" - Federasiyasının idman direktoru

Xəbər
Bu gün, 17:37

Bakıda qolları olmayan körpə doğuldu - Anası İMTİNA ETDİ

Xəbər
Bu gün, 16:28

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan TUTULDU - YENİLƏNİB

Xəbər
Bu gün, 15:14

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
Bu gün, 14:46

Bakıda kişi ona içmə deyən arvadına badalaq vurdu

Xəbər
Bu gün, 13:19

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Xəbər
Bu gün, 12:43

Göldən pis qoxu gəlir, əraziyə zibil atılır – Ramanalılar kömək istəyir

Xəbər
Bu gün, 11:58

Pivə zavodundan Xəzər dənizinə çirkab sular axıdılır?

Xəbər
Bu gün, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Xəbər
Bu gün, 09:23

Bakının Yasamal rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
Dünən, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
Dünən, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
Dünən, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
Dünən, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
Dünən, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
07 sentyabr 2026, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
07 sentyabr 2026, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Oxşar xəbərlər