top
AYNA avtobusların gəlmə vaxtını göstərən proqram təminatını təqdim edib
05 dekabr 2025, 10:47
- ↺ +

AYNA avtobusların gəlmə vaxtını göstərən proqram təminatını təqdim edib

Azərbaycanda ilk dəfə olaraq "AYNA MaaS" (nəqliyyatda mobillik həlli) tətbiqi istifadəyə verilib.

Bu barədə Bakuplus.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, üç dildə (Azərbaycan, ingilis və rus) təqdim edilən "AYNA MaaS" tətbiqi səmərəli səyahəti və istifadəçilərə nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanlığını təmin etmək və ictimai nəqliyyat xidmətlərini təkmilləşdirmək üçün nəzərdə tutulmuş mobillik proqramıdır. Bu rəqəmsal nəqliyyat platforması müxtəlif nəqliyyat növlərini (avtobus, metro, dəmiryolu, skuter, velosiped) vahid tətbiqdə birləşdirir. Platforma istifadəçiyə bir tətbiq vasitəsilə müxtəlif nəqliyyat növləri arasından ən uyğun marşrutu seçməyə, səfər planlamasını həyata keçirməyə, ödəniş üsulları, real vaxt rejimində qrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə etməyə imkan verir.

Tətbiqə Bakı şəhərində fəaliyyət göstərən bütün mikromobillik operatorları da inteqrasiya edilib. Platforma vasitəsi ilə mikromobillik vasitələrinin dayanacaqlarını müəyyən etmək, həmçinin istifadəyə hazır skuterlər barədə məlumat almaq, habelə skuter və velosipedlərin icarəsi üçün müraciət etmək olar.

Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün istifadəçi müvafiq bölməyə mobil nömrəsini yazaraq istifadə şərtləri və qaydaları ilə tanış olur. Növbəti bölməyə isə həmin nömrəyə SMS vasitəsilə göndərilən təsdiq kodu daxil edilir, daha sonra isə şifrə təyin olunur.

İstifadəçi "Səyahət planı" bölməsindən A nöqtəsindən B nöqtəsinə qədər səyahəti tarix və zamanı seçərək planlaşdıra bilər. Təklif olunan marşrutlarda piyada və ya avtobus, metro, dəmiryolu, skuter, velosiped kimi nəqliyyat növləri mövcuddur. "Ən sürətli", "ən az transfer", "ən az piyada" və "ən az CO2" kimi gediş seçimlərindən uyğun marşrutu təyin etdikdən sonra səyahətə başlaya, həmçinin "bilet al" bölməsindən ödəniş etmək üçün müvafiq tətbiqlərə keçid edə bilərsiniz.

"AYNA MaaS" vasitəsilə "Nəqliyyat" bölməsindən dayanacağı seçərək yaxınlaşan nəqliyyat vasitələrini real zamanda görmək mümkündür.

"Yaxın dayanacaqlar" bölməsində isə ən yaxın dayanacaqların siyahısını görə və həmçinin xəritə üzərində dayanacaqları seçə bilərsiniz.

"Marşrut tap" bölməsindən avtobus, qatar, metro və şəhərlərarası marşrutları axtarıb müvafiq məlumatları əldə etmək mümkündür.

Marşrutları "Seçilmişlərə" əlavə edib daha rahat səyahət planlaşdıra və "Səfərlərim" bölməsindən keçmiş səfərlərinizi tapa bilərsiniz.

"AYNA MaaS"-da nəqliyyat qrafiki və mövcud vasitələr barədə məlumatlar daim yenilənir. Tətbiq nəqliyyat növləri arasında problemsiz keçidi təmin edir, gözləmə vaxtını minimuma endirir.

Qeyd edək ki, istifadəyə verilən "AYNA MaaS" ilkin versiyadadır və istifadəçilərin istəkləri əsasında daim təkmilləşdiriləcək. İstifadəçilər təklif və iradlarını birbaşa tətbiqdən göndərə bilərlər.

Mobil tətbiqi həm "App Store", həm də "Google Play Store"dan yükləmək mümkündür.

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Oxşar xəbərlər