Tanınmış bloger Aynişan Quliyevaya qarşı dələduzluq edilib.
Naməlum şəxs onun adından anasına- əməkdar artist Aybəniz Haşımovaya və digər yaxınlarına mesaj yazaraq pula ehtiyacı olduğunu bildirib.
Bu barədə Aynişan şəxsi instaqram hesabında qeyd edib. O, bildirib ki, sözügedən şəxs onun "Teleqram" hesabını ələ keçirərək hamıdan pul istəyib.
Bloger artıq bununla bağlı şikayət də edib. O, polis bölmələrindən birində yaxınlaşaraq həmin dələduz barəsində şikayət ərizəsi yazıb.