top
Ayxan Abbasov həyətini futbol meydanına çevirən məşqçini ziyarət edib
12 noyabr 2025, 16:44
- ↺ +

Ayxan Abbasov həyətini futbol meydanına çevirən məşqçini ziyarət edib

Bir müddət əvvəl İdman.Biz Azərbaycan mətbuatında ilk dəfə şəxsi evinin həyətini uşaqlar üçün futbol meydançasına çevirən Zakir Əliyevlə hazırladığı geniş müsahibəni oxucularına təqdim etmişdi. Müsahibə dərc ediləndən dərhal sonra oxucuların və ölkənin idman ictimaiyyətinin böyük marağına səbəb oldu.

Beləliklə, futbola böyük həvəs və məhəbbətlə yanaşan Zakir Əliyevin cəhdi diqqətdən kənarda qalmayıb. Bu gün onun yaratdığı kiçik stadionu futbol üzrə Azərbaycan milli futbol komandasının baş məşqçisi Ayxan Abbasov ziyarət edib.

Bu barədə İdman Zakir Əliyev özü məlumat verib.

O bildirib ki, milli komandamızın baş məşqçisi ilə bərabər AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, "Qarabağ"ın sabiq futbolçusu İlqar Qurbanov, eləcə də "Araz-Naxçıvan" klubunun futbolçuları Kürdaxanıda olublar. Qonaqlar uşaqlara 10 futbol topu, idman geyimləri və məşq ləvazimatları hədiyyə ediblər.

Gənc futbolçular "Araz-Naxçıvan" oyunçuları ilə birgə məşq ediblər, xatirə şəkilləri çəkdiriblər və Ayxan Abbasovla söhbət imkanı qazanıblar.

"Uşaqlar inanılmaz dərəcədə motivasiyalı və ruh yüksəkliyi içində idilər. Onlar üçün bu, həqiqətən unudulmaz və xoşbəxt bir gün idi. Sabah Azərbaycan və İslandiya yığmaları arasında oyun keçiriləcəyi üçün Ayxan Abbasov uzun müddət qala bilmədi, amma məşqi izləməyə vaxt tapdı. O dedi ki, bu həyətdən doğrudan da gələcəyin peşəkar futbolçuları yetişə bilər, bizə uğurlar arzuladı" - Zakir Əliyev bildirib.

Kürdaxanıdan olan məşqçinin sözlərinə görə, bu ziyarət onun yetirmələri ilə yanaşı, özü üçün də çox önəmli hadisə olub. O, həmçinin yaxın zamanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə meydançaya yeni örtük çəkildiyini qeyd edib.

"Mənim fəaliyyətimin işıqlandırıldıqdan sonra belə bir nəticə əldə olunmasına görə çox minnətdaram. Düzünü desəm, AFFA nümayəndələrinin və milli komandanın baş məşqçisinin bizə gələcəyini eşidəndə sevincimdən az qala ürəyim yerindən çıxacaqdı. Əmək və zəhmətimin dəyərləndirildiyini görmək çox xoşdur. Bu, futbola daha çox töhfə vermək və uşaqlara peşəkar karyera yolunda dəstək olmaq üçün mənə əlavə motivasiya verdi".

Leyla Eminova

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Dünən, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Dünən, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Dünən, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Dünən, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Dünən, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Dünən, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
04 oktyabr 2026, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
04 oktyabr 2026, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Oxşar xəbərlər