top
AZAL-ın bələdçisi: Praqa aeroportunda sərnişin agentə yumruq-təpiklə hücum etdi
10 yanvar 2026, 11:42
- ↺ +

AZAL-ın bələdçisi: "Praqa aeroportunda sərnişin agentə yumruq-təpiklə hücum etdi"

Praqa Beynəlxalq Hava Limanında insident yaradan sərnişini təyyarədən çöldə çıxaranda o, agentə yumruq-təpiklə hücum etməyə başladı.

Report.аz xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarə bələdçisi Adil Babazadə bildirib.

O, yanvarın 5-də Bakı-Praqa-Bakı aviareysi ilə hərəkət etmiş təyyarənin ekipaj üzvlərindən biri olub: "Biz Bakı-Praqa reysini çox rahat şəkildə yerinə yetirdik. Bütün sərnişinlər təyyarəni tərk etdikdən sonra həmişəki kimi onlara aid heç bir əşyanın qalmadığına əmin olmaq üçün salonu yoxladıq. Belə yoxlamadan sonra əgər hər hansı bir əşya tapılarsa, onu "Lost and Found" personalına təqdim edirik. Biz həmin gün oturacaqda telefon tapdıq, onu aiddiyəti üzrə verdik".

A.Babazadə qeyd edib ki, hadisə baş verən zaman o, təyyarə salonunun orta hissəsində, böyük təyyarə bələdçisi isə salonun ön qapısında olub: "Bu zaman içəriyə kənar şəxs daxil olmaq istədi. Həmin şəxs elə bizimlə birlikdə Bakıdan Praqaya gəlmişdi. Əlbəttə ki, ilk öncə onun hər hansı əşyasını itirdiyini düşündüm. Amma prosedur qaydalarına uyğun olaraq, sərnişin təyyarəni tərk edirsə, ikinci dəfə ora daxil ola bilməz. Bu səbəbdən sərnişinə təyyarədən çıxmasını və çöldə gözləməsini söylədik. Lakin o, buna məhəl qoymadı, içəri daxil olmağa çalışdı. Bu zaman agent gəldi və agentlə biz onu çöldə çıxartmağa çalışdıq. Sərnişini təyyarədən çöldə çıxartdıq və bu zaman o, agentə yumruq-təpiklə hücum etməyə başladı. Bundan sonra agenti qorumaq üçün sərnişini arxadan tutdum və hərəkətsizləşdirdim. Artıq gördük ki, 2-ci pilotumuz çöldə gözləyir. Biz 2-ci pilotu içəri keçirməli idik. Bu səbəbdən agentdən xahiş etdim ki, öz kartı ilə qapını açsın və 2-ci pilot içəri daxil olsun. Mən sərnişini saxladığım zaman agent qapını açdı və 2-ci pilot içəri daxil oldu".

Onun sözlərinə görə, təyyarə bələdçisi həmin anda sərnişinlə tək qalıb və onu sakitləşdirməyə çalışıb: "Daha sonra agentdən xahiş etdim ki, polislər və aeroportun təhlükəsizlik idarəsinin şöbəsində yerləşən şəxslər buraya cəlb olsun və bir müddət sonra təhlükəsizlik idarəsinin işçiləri oraya yaxınlaşdı. Onlar da bir neçə dəqiqə onunla söhbət etməyə çalışdı, lakin o, heç də yola gedən insana oxşamırdı. Bundan sonra polislər əraziyə yaxınlaşdı və onunla danışmağa başladı, lakin sərnişin yenə də israrla içəri daxil olmağa çalışdı. Sərnişin qışqırmağa başladı, bundan sonra polislər onu tutdu və zərərsizləşdirdi. Bundan sonra biz təyyarənin ümumi təhlükəsizlik yoxlanışını həyata keçirdik və geri dönüşdə bütün sərnişinləri öz ünvanlarına təhlükəsiz şəkildə çatdırdıq".

Xatırladaq ki, yanvarın 5-də Praqa-Bakı marşrutu üzrə uçuşdan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb. Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinə imkan verilməyib. Hava limanının təhlükəsizlik xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələnə qədər həmin şəxsin hərəkətlərinin qarşısını təyyarənin ekipajı alıb.

Son xəbərlər

Xəbər
Bu gün, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Bu gün, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Bu gün, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Bu gün, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər