Aktyor Azər Baxşəliyevin həyat yoldaşı “Instagram” sosial şəbəkə hesabında onunla bağlı paylaşım edib.
Bakuplus.az xəbər verir ki, həyat yoldaşının “Oyanmadı” yazılı paylaşımı aktyoru sevənləri təlaşlandırıb.

Azər Baxşəliyevin vəziyyəti ilə bağlı Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova açıqlama verib.
"Xəstə hazırda süni tənəffüs aparatına qoşuludur, vəziyyəti həddən artıq ağır olaraq qalır", - deyə açıqlamada bildirilib.