 
                                            
                    
                    Azərbaycanı “Eurovision 2025”də təmsil edən "Mamagama" qrupu İsrail təmsilçisi Yuvala dəstək olub.
Bakuplus.az xəbər verir ki, "Mamagama" triosunun aparıcı ifaçısı Asəf (Safael) Mişiyev yaydığı videogörüntüdə İsrail təmsilçisi haqqında xoş sözlər səsləndirib.
Mişiyev deyib ki, Yuval Rafael mənim bacımdır: "O, mənim bacımdır. Biz onu sevirik. Uğurlar sənə, Yuval. İsrailə uğurlar".
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə HƏMAS yaraqlıları “Nova” musiqi festivalının keçirildiyi əraziyə hücum etmiş, 397 nəfər həlak olmuş. 44 nəfər qaçırılmışdı. Festivalda iştirak edən Yuval isə sağ qalmışdı.