top
“Azdrama”dan aktrisa qalmaqalı ilə bağlı açıqlama
06 mart 2025, 06:10
- ↺ +

“Azdrama”dan aktrisa qalmaqalı ilə bağlı açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı son günlər mediada əməkdaşlarının verdiyi müsahibələrlə bağlı açıqlama yayıb.

Bakuplus.az xəbər verir ki, açıqlamada bildirilir:

“Martın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin "Baş" romanı əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru - Akademik Milli Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün gənc və istedadlı aktrisa Günəş Tegini dəvət edib.

Tamaşanın hazırlanması ilə bağlı əmr kollektivə elan olunandan sonra əməkdar artist Mehriban Xanlarova müsahibəsində bu faktla bağlı etirazını bildirib. Daha sonra teatrın digər aktyorları - Xalq artisti Əli Nur və əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkə hesablarında və saytlarda öz etirazlarını bildiriblər.

Bu gün Akademik Milli Dram Teatrı bir neçə istiqamətdə öz strategiyasını və yaradıcı hədəfini müəyyənləşdirib. Bura teatr irsinin qorunması, beynəlxalq əlaqələrin genişlənməsi, müasir tamaşaçı tələbinə cavab verən repertuar planının tərtibi, gənc, perspektivli və istedadlı aktyorların truppaya cəlb olunması və s. daxildir.

Son iki ildə teatr ciddi uğurlara imza atıb. Aleksandrinski Teatrında "İblis və..." tamaşasının premyerası keçirilib. Bu, Azərbaycan teatr tarixində olmayan hadisədir. Belarus və Gürcüstan milli  teatrları ilə Memorandum imzalanıb. 2025-ci il ərzində hər iki ölkəyə qastrol səfərləri olacaq.

Günəş Təqin dəvətli aktrisa hesab olunmur. O, artıq Akademik Milli Dram Teatrının əməkdaşıdır. Son iki il ərzində Akademik Milli Dram Teatrı öz truppasını genişləndirmək və yeniləndirmək üçün gənc aktyorları cəlb edib. Məsələn, “Baş” tamaşasına kastinq yolu ilə seçilmiş beş tələbə-aktyor cəlb edilib. Həmin tələbə-aktyorlar həm epizodik, həm də kütləvi səhnələrdə yer alacaqlar. Bu isə gələcəkdə aktyor bazasının gəncləşdirilməsi, gənc nəslin teatra cəlb olunması üçün ilkin addım hesab olunur. Bu proses gələcəkdə də davam edəcək.

Ümumiyyətlə, teatrın truppasının potensialını gücləndirmək, yeni yaradıcılıq işlərinə aktyor bazası yaratmaq üçün digər teatrlardan aktyorların dəvət olunması hər zaman baş verib və bu, zəruri yaradıcı prosesdir. Tarixə nəzər salsaq, müxtəlif teatrlardan dəvət olunan gənc, orta və yaşlı aktyorlar Akademik Milli Dram Teatrında tamaşalara dəvət olunub və bu gün teatrın ən tanınmış üzvlərinə çevriliblər. Misal olaraq, Fatma Qədirinin, Leyla Bədirbəylinin, Nəcibə Məlikovanın, Məlik Dadaşovun, Siyavuş Aslanın adını çəkə bilərik. Həmçinin bu gün teatrımızda çalışan, bir-birindən maraqlı rollar yaradan Cəfər Namiq Kamalın, Əli Nurun, Sabir Məmmədovun, Mehriban Zəkinin, Münəvvər Əliyevanın, Almaz Amanovanın və başqalarının adını qeyd edə bilərik.

Teatrımızın adıçəkilən aktyorlarının etirazlarını onların söz haqqı kimi normal qarşılayır, buna hörmətlə yanaşırıq. Amma təəssüf ki, hansı tərəfdən baxsaq, bu, yaşlı nəslin gənc nəslə olan haqsız və yanlış qısqanclığıdır. Amma arzu edərdik ki, bu etirazı və qısqanclığı doğru olmayan üslubda və leksikonda konkret şəxsə - teatrın Bədii rəhbəri Mehriban Ələkbərzadəyə yönəltməkdənsə, teatrımızın müxtəlif istiqamətlərdə qazandığı uğurlara dəstək verib, təbliğ edib onlayn və sosial medianın gündəmini məhz bu işlərlə məşğul etsinlər”.

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər