top
Azərbaycan xalqından üzr istədilər
27 noyabr 2025, 16:12
- ↺ +

Azərbaycan xalqından üzr istədilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin yayında Bakıdakı Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edən üç Səudiyyə Ərəbistanı vətəndaşının məhkəmə istintaqı başlayıb.

Qafqazinfo.az-ın məlumatına görə, onların işinə Səbail Rayon Məhkəməsində baxılır.

Polisin keçirdiyi əməliyyatla qaldıqları hoteldə tutulan əcnəbilər üç aydır həbsdə saxlanılırlar.

Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad və Alzaman Mahdi Ali AR Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar. Bu maddənin sanksiyasında 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Anket məlumatlarından görünür ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyində təhqiqatçı, Alzaman Mahdi Ali isə eyni nazirliklə bağlı şirkətdə mühafizəçi işləyib.

Azərbaycana gəldikdən sonra Səbail rayonunun Salyan şosesində yerləşən "Panarama" hoteldə qalıblar.

Bugünkü iclasda təqsirləndirilən şəxslər məhkəməyə yazılı müraciət ünvanlayıblar. Ümumilikdə hər biri əməllərinə görə peşman olduqlarını dilə gətirərək Azərbaycan xalqından üzr istəyiblər: "Hesab edirik ki, biz Şəhidlər Xiyabanında özümüzü məsuliyyətli aparmalı idik. Amma biz oranın Şəhidlər Xiyabanı olduğunu bilməmişik. Çünkü bizim ölkədə xiyabanlar bu formada deyil. Bütün şəhid ailələrindən, qazilərdən və Azərbaycan xalqından üzr istəyirik. Ümid edirik ki, bizi bağışlayarlar".

Yazılı müraciətlər hakim Azər Tağıyevə təqdim edilib.

Prosesin davamında prokuror ittihamı elan edib. Əcnəbi müttəhimlər özlərini təqsirli bilməsələr də, müraciətlərində qeyd olunduğu kimi əməllərinə görə peşman olduqlarını deyiblər.

Qeyd edək ki, polis idarəsində aparılan ilkin istintaqda təqsirləndirilən şəxslər qanunda nəzərdə tutulduğu kimi tərcüməçi və dövlət hesabına vəkillərlə təmin olunub, özlərini müdafiə edə bilmələri üçün zəruri şərait yaradılıb.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
Bu gün, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
Bu gün, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
Bu gün, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
Bu gün, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
Bu gün, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
Bu gün, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Siyasət
Bu gün, 13:40

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI

Xəbər
Bu gün, 13:12

16 yaşdan kiçiklərə sosial şəbəkələrdə hesab açmaq qadağan edilir

Aktual Xəbərlər
Bu gün, 13:02

Sabiq idarə rəisi və sektor müdiri üçün 12 il həbs cəzası tələb olundu

Aktual Xəbərlər
Bu gün, 12:54

Abşeronda dava: usta ev sahibini bıçaqladı

Xəbər
Bu gün, 12:20

Azərbaycanda məktəblərdə "TikTok"a giriş qadağa edilib

Xəbər
Bu gün, 11:04

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs olunub

Xəbər
Bu gün, 10:04

Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvlərinin şikayəti təmin edilmədi

Xəbər
Bu gün, 09:22

Bakıda yaşayış binasında yanğın olub

Xəbər
Bu gün, 08:50

Bakıda bu yollarda sıxlıq var

Xəbər
Dünən, 17:05

Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq

Xəbər
Dünən, 16:20

Bakıda yeni mikrorayon salına bilər

Xəbər
Dünən, 15:55

General Zeynalovla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox…

Xəbər
Dünən, 14:44

Azərbaycanın yeganə "uçan xizəkçisi": "Qorxu yox olmur, sadəcə ona fərqli reaksiya verməyə başlayırsan"

Xəbər
Dünən, 13:55

Azərbaycan-Rusiya sərhədini qanunsuz keçmək istəyən Pakistan vətəndaşı tutuldu

Aktual Xəbərlər
Dünən, 12:28

Bəzi xarici vətəndaşlara uzunmüddətli yaşayış icazəsi veriləcək

Xəbər
Dünən, 12:01

Ərinin qətlini sifariş edən qadın barədə SON QƏRAR

Xəbər
Dünən, 11:17

Sakinlər bu avtobusların yenilənməsini tələb edir - VİDEO

Oxşar xəbərlər