top
Azərbaycana gələcək bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM
21 sentyabr 2026, 16:45
- ↺ +

Azərbaycana gələcək bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev "15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında" Sərəncam imzalayıb. 

Bakuplus.az-ın xəbərinə görə, Sərəncamla müəyyən edilib ki, Azərbaycan Respublikasında keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilib:

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə akkreditasiyadan keçməni təsdiq edən sənəd.

Xarici İşlər Nazirliyi Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.

Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Son xəbərlər

Xəbər
Bu gün, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
Bu gün, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
Bu gün, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
Bu gün, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
Bu gün, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
Bu gün, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
Bu gün, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
Bu gün, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Bu gün, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
Dünən, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
Dünən, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
Dünən, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Xəbər
Dünən, 16:20

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

Xəbər
Dünən, 15:20

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbər
Dünən, 14:26

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - YENİLƏNİB

Xəbər
Dünən, 13:43

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..." - ŞİKAYƏT

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 11:45

"Instagram"da tanış olduğu yeniyetmənin videosunu yaydı – HÖKM

Xəbər
Dünən, 11:42

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Xəbər
Dünən, 10:49

Sakinlər haqlı çıxdı: ağaclar qanunsuz kəsilibmiş...

Xəbər
Dünən, 10:44

Bakıda hotelin fəaliyyəti dayandırıldı – yanğın təhlükəsi

Xəbər
Dünən, 10:08

Ağır qəzada xəsarət alan sürücü xəstəxanada öldü

Xəbər
Dünən, 00:01

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
07 oktyabr 2026, 18:00

Bakıda yağışdan sonra su basan ev QARƏT OLUNDU

Oxşar xəbərlər