top
Azərbaycanda 7000-dən çox alkoqollu içki saxta çıxdı
17 dekabr 2025, 11:20
- +

Azərbaycanda 7000-dən çox alkoqollu içki saxta çıxdı

Saxta alkoqollu içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri keçirilir.

AQTA-dan Bakuplus.az-a bildirilib ki, il ərzində aparılan tədbirlər çərçivəsində ümumilikdə 39 qida obyektində (34 ticarət və 5 ictimai iaşə obyekti) müxtəlif növ və əmtəə nişanlı 7714 ədəd saxta alkoqollu içki aşkarlanıb. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsullar satışdan kənarlaşdırılıb. 81 alkoqollu içkidən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində 39 məhsulda uyğunsuzluq müəyyən edilib, 31 məhsulda uyğunsuzluq aşkarlanmayıb, 11 məhsulun isə müayinələri davam etdirilir.

Faktla bağlı 16 müəssisənin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb, 23 qida obyekti barədə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.

Qeyd edək ki, saxta içkilər uyğun olmayan xammaldan və texnologiyadan istifadə edilməklə hazırlanır. Bu cür içkilərin tərkibində olan kimyəvi maddələr insan sağlamlığı üçün təhlükəli hesab edilir. Belə ki, bu kimyəvi birləşmələr daha çox qaraciyər, böyrək, göz və mərkəzi sinir sistemini zədələməklə yanaşı, ölümlə nəticələnən intoksikasiyalara səbəb ola bilər.

Agentlik yeni il bayramı ərəfəsində spirtli içkilərin daha çox satışa çıxarıldığını və istifadə olunduğunu nəzərə alaraq, istehlakçıları diqqətli olmağa, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran məhsulları almamağa çağırır. İctimai iaşə və ticarət obyektlərində məhsul seçərkən, qablaşdırılmasına və etiketlənməsinə diqqət yetirilməli və müvafiq müşayiətedici sənədlərinin tələb edilməsi zəruridir. Hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal Agentliyin "1003 - Çağrı Mərkəzi"nə məlumat verilməsi tövsiyə olunur.

Son xəbərlər

Xəbər
Bu gün, 21:00

21-27 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Bu gün, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Xəbər
Dünən, 18:21

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Xəbər
Dünən, 16:01

Yeniyetmə anasına niyə 12 bıçaq zərbəsi vurdu? - YENILƏNİB

Xəbər
Dünən, 14:24

"Formula-1"lə əlaqədar 26 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Xəbər
Dünən, 12:12

Masazırda kişi qonşunun 9 yaşlı uşağını döydü - Öz övladına görə

Xəbər
Dünən, 11:31

Bir sutkada qazanılan tarixi Zəfər

Xəbər
Dünən, 11:01

Aida İmanquliyevanın anım günüdür

Xəbər
Dünən, 00:01

Lokal antiterror əməliyyatlarından üç il ötür

Xəbər
18 sentyabr 2026, 19:16

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Xəbər
18 sentyabr 2026, 17:56

Sakinlərin narazılığına səbəb olan restoranla bağlı tədbir görüldü

Xəbər
18 sentyabr 2026, 15:58

"Qadınlar məktəbləri işğal edib" - Metroda maraqlı sorğu

Xəbər
18 sentyabr 2026, 14:33

Ata qızı ilə birlikdə kürəkənini niyə qətlə yetirib?

Xəbər
18 sentyabr 2026, 12:26

Sabah Bakıda hava necə olacaq?

Xəbər
18 sentyabr 2026, 11:48

Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan POLKOVNİK MƏHKƏMƏDƏ

Xəbər
18 sentyabr 2026, 10:59

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Xəbər
18 sentyabr 2026, 09:50

Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb

Xəbər
17 sentyabr 2026, 17:48

162 nömrəli avtobus sərnişinləri təngə gətirib – ŞİKAYƏT

Xəbər
17 sentyabr 2026, 16:22

Azərbaycanlı rəqqas "Zita və Gita"nın ulduzu ilə görüşdü

Yasamal
17 sentyabr 2026, 14:04

Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb

Xəbər
17 sentyabr 2026, 13:59

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xəbər
17 sentyabr 2026, 12:42

Bakıda EVLİ KİŞİ 15 yaşlı qızı qaçırdı

Xəbər
17 sentyabr 2026, 11:03

Prezident TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
17 sentyabr 2026, 10:07

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib

Oxşar xəbərlər