Sentyabrın 1-dən Azərbaycanda kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ovuna tətbiq olunan moratorium başa çatıb və balıq ovu mövsümü açıq elan edilib.
Bu barədə Bakuplus.az-a Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bu tarixdən etibarən Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, eləcə də Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında müəyyən edilmiş qaydalara uyğun balıq ovu həyata keçirilə bilər.