top
Azərbaycanda kişilərin təbrik olunduğu yeganə bayram – Valentin günü
14 fevral 2026, 09:00
- ↺ +

Azərbaycanda kişilərin təbrik olunduğu yeganə bayram – Valentin günü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün keşiş Valetnin günüdür. Başqa adı ilə Sevgililər günü. Və nə qədər qəribə görünsə və səslənsə də, kişilərin təbrik olunduğu yeganə bayram. Hələ o da sevəni olan kişilərin.

Niyə bu qənaətə gəldiyimizi əsaslandırmağa çalışsaq, qeyd edə bilərik ki, bir çox ölkələrdə Beynəlxalq Kişilər Günü (19 noyabr) qeyd olunsa da, Azərbaycanda bu tarix qeyd olunmur. 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə çox populyardır və böyük miqyasda qeyd olunur. Bu fərq bəzən cəmiyyətdə "kişilər üçün xüsusi gün yoxdur" fikrinin yaranmasına səbəb olur. Cəmiyyətimizdə kişilər çox vaxt təşəbbüskar tərəf kimi görülür: hədiyyə almaq, sürpriz etmək və münasibətdə romantik addımlar atmaq kimi rollar onlara aid edilir. Buna görə də bəzi insanlar 14 fevralı kişilərin də diqqət görməsi üçün bir fürsət kimi təqdim edir. Bu, əslində münasibətlərdə qarşılıqlı hörmət və qayğının vacibliyinə diqqət çəkən bir yanaşmadır. Amma mənə elə gəlir ki, gərək bizim ayrıca kişilər günümüz də olsun.

Nostalgiya kimi çıxmasın, zaman o zaman idi ki, "Kişilər günü" 23 fevralda qeyd edilirdi — Sovet ordusu və Hərbi Dəniz Donanmasının yarandığı gün. İlk dəfə 1918-ci ildə Qızıl Ordunun yaradılması ilə bağlı qeyd olunmağa başlanan bu günü zamanla sadəcə hərbçilər yox, ümumilikdə bütün kişilər bayram edirdi. Azərbaycanda da bu gün xüsusi qeyd edilirdi. Amma indi nə SSRİ var, nə də o günlər. İndi müstəqil Azərbaycanın rəşadətli ordusunun yarandığı gün var – 26 iyun. Əlbəttə, bu gün dövlət səviyyəsində xüsusi olaraq qeyd edilir. Amma sıravi insanların düşüncəsində 26 iyun hələ ki kişilər günü oturuşmayıb sanki... Bəlkə də bir vaxtlar torpaqların işğal altında qalmağı da öz təsirini göstərib ki, kişilər hansısa günü xüsusi qeyd etməyi özləri üçün ayıb biliblər. İndi isə hər şey gözəldir: ordumuz möhtəşəm zəfər əldə edib, separatçılara başçılıq edənlərə elə bir neçə gün öncə ömürlük həbs verilib. Azad edilən ərazilərdə sürətli köç prosesi davam edir, tikinti-quruculuq işləri pik həddədir. Demək, Azərbaycanda ayrıca olaraq kişilər gününün qeyd olunması üçün bəhanə də var.

Kamran Rza

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər