top
Azərbaycanda köhnə avtobusların istifadəsinə QADAĞA QOYULUR
17 noyabr 2025, 11:29
- ↺ +

Azərbaycanda köhnə avtobusların istifadəsinə QADAĞA QOYULUR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər"i təsdiqləyib.

Fed.az xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən müntəzəm marşrutlarda işləyəcək avtobuslara müəyyən tələblər qoyulacaq. Bura avtomobilin indiyədək olan yürüşü və istehsal tarixi, nağdsız ödəniş imkanı qurğusu, sərnişin sayma qurğusu və sair olmalıdır.

Əsas yenilik avtobusların istehsal tarixi və yürüş məsafəsi ilə bağlıdır. Belə ki, qərara əsasən 15 ildən artıq müddətdə istehsal olunan avtobuslar müntəzəm marşrutda istifadə olunmayacaq.

Qərara əsasən, bu tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin, Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələbləri müəyyən edir.

Yenə qərara əsasən, avtomobil nəqliyyatı vasitələri əsasən aşağıdakı tələblərə cavab verməlidir:

- gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş alətinə malik olmalıdır;

- sərnişin sayğacına (avtomobil nəqliyyatı vasitələrinə minən və düşən sərnişinlərin avtomatik sayılmasını həyata keçirən qurğu) malik olmalıdır.

- sıxılmış təbii qazla işləyən mühərriklə və dizel mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1 milyon km-dən, elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1,2 milyon km-dən artıq olmamalıdır;

- dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddəti keçməməlidir;

- elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin təkrar doldurula bilən və ya əvəz oluna bilən batareyalarla təmin olunmalıdır.

Bu Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Dünən, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Dünən, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Dünən, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Dünən, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Dünən, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Dünən, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
04 oktyabr 2026, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
04 oktyabr 2026, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Oxşar xəbərlər