Bakı Dəmiryolu Vağzalında 48 yaşlı kişi ölüb.
Apa.az-ın məlumatına görə, hadisə ötən gün baş verib.
Məlumata görə, Bakı Dəmiryolu Vağzalının girişində Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Aydın Məmmədov yıxılaraq ölüb. Onun ölüm səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.