top
Bakı metrosunda problemlər bitmir: Yenə ləngimə, yenə şikayət…
09 oktyabr 2025, 09:30
- ↺ +

Bakı metrosunda problemlər bitmir: Yenə ləngimə, yenə şikayət…

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində yubanmalar müşahidə olunub.

"Bakı Metropoliteni" QSC-dən Bakuplus.az-a verilən açıqlamada bildirilib ki, gecikmənin səbəbi vaqonlardan birinin qapısına kənar müdaxilə edilməsi olub.

Məlumata görə, metronun "Elmlər Akademiyası" stansiyasında vaqonlardan birinin qapısına kənar müdaxilə olduğundan maşinist baxış keçirib. Heç bir problem aşkarlanmasa da, təkrar yoxlamadan sonra, təlimat tələblərinə uyğun olaraq, maşinist qapıların sərnişinsiz hərəkət zamanı yoxlanması barədə qərar verib. Mənzil boyunca qatarın qapıları normal vəziyyətdə çalışdığında, "Nizami" stansiyasından sərnişinlə yoluna davam edib. Hazırda qatar xətdə çalışır.Bunun nəticəsində xətdə cüzi yubanmalar yaranıb. Metropolitenin Yaşıl və Qırmızı xətləri kəsişərək birləşdiyindən bu təsirlər hər iki xətt üzrə qatarların hərəkət nizamına təsir edib.. Lakin qısa müddət ərzində aradan qaldırılıb.

Qeyd edilib ki, sentyanbrın 15-dən intervalların azaldılması ilə bağlı tətbiq edilmiş yeniliklə əlaqədar pik saatlarda xətlərdə daha çox qatarın hərəkətdə olması yaranan nasazlıqlar zamanı təhlükəsizlik baxımından xüsusi tənzimləmələrin tətbiq olunmasını tələb edir. Bu da bəzi hallarda qatarların stansiya, tunel və platformalarda gözlədilməsi zərurətini yaradır.

Qurum sərnişinlərdən xahiş edir ki, qatarların hərəkətini yubadacaq hallara yol verilməsinlər.

***

09:30

Bakı sakinləri metro qatarlarının intervalının çox olmasından, bir stansiyadan o biri stansiyaya gec çatmasından şikayətçidirlər. 

Bakuplus.az-a şikayət edən vətəndaşlar bildirirlər ki, bu gün saat 08:00 radələrində "20 Yanvar" istiqamətindən "Həzi Aslanov" istiqamətinə hərəkət edən qatar dəfələrlə ləngiyib, bu ləngimə hər dəfə 5-7 dəqiqəyə çatıb. Qatar tərpənmədən, qapıları bağlamadan 5-7 dəqiqə bir neçə stansiyada dayanıb. 

Vətəndaşlar onu da bildirirlər ki, qatarlarda havalandırma sistemi işləmədiyindən insanlar nəfəs ala bilmir, özlərini pis hiss edirlər.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Bu gün, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Bu gün, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Bu gün, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Bu gün, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Bu gün, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Bu gün, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Bu gün, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Bu gün, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Bu gün, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Bu gün, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Oxşar xəbərlər