top
Bakı Sağlamlıq Mərkəzində nə baş verir?
03 sentyabr 2025, 12:02
- ↺ +

Bakı Sağlamlıq Mərkəzində nə baş verir?

Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov və digər rəhbər şəxslər barəsində müvafiq qurumlara şikayət ünvanlayan bir qrup tibb işçisi işdən azad edilib.

Qaynarinfo.az-ın məlumatına görə, bu barədə işdən çıxarılan Mərkəzin doğum şöbəsinin tibb bacısı L.F. məhkəmədə qaldırdığı iddiasında bildirib.

Onun sözlərinə görə, 2016-cı ildən Mərkəzdə tibb bacısı kimi çalışıb, 2021-ci ildə isə doğum şöbəsinə keçirilib və 2025-ci ilin mart ayınadək orada işləyib. Həmin ay pasiyentlər H.B. və S.B. doğum şöbəsinin mama-ginekoloqu Nuridə Əzizovanın onlarla kobud rəftarından Səhiyyə Nazirliyinə və digər qurumlara şikayət ediblər. Hər iki qadın əməliyyatla (kesəriyyə) uşaq dünyaya gətirib.

İddialara görə, L.F. başqa həmkarları ilə birlikdə həmin pasiyentlərin palatasına daxil olaraq, onlardan şikayətlərini geri götürməyi tələb edib. Bu hadisədən sonra rəhbərlik iki tibb bacısı ilə yanaşı, L.F.-ni də işdən azad edib.

L.F. məhkəmədə bildirib ki, xəstədən iş yoldaşı barədə şikayət etməməsini xahiş etmək kobud peşə pozuntusu sayıla bilməz. Onun sözlərinə görə, bu addım sırf humanist məqsədlərlə, həmkarının cəzalanmaması üçün atılıb

O həmçinin iddia edib ki, rəhbərliyin ona qarşı qərəzli münasibəti 2024-cü ildə Mərkəz rəhbərliyinin qanunsuz hərəkətləri ilə bağlı etdiyi şikayətdən qaynaqlanır. Həmin qanunsuzluqlara görə Bakı Sağlamlıq Mərkəzi Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də cərimələnib.

L.F. məhkəmədən işəgötürənin 18 mart 132 nömrəli əmri ilə işdən çıxarılmasının ləğv edilməsini, işinə bərpa olunmasını, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsini, əlavə olaraq 579 manat maddi zərərin və 3000 manat mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib.

Məhkəmə iddianı qismən təmin edib: Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun L.F.-ni işdən çıxarmaq barədə əmri ləğv olunub. Həmçinin ona məcburi iş buraxmaya görə əmək haqqı və 578,25 manat maddi zərərin ödənilməsi barədə qərar qəbul edilib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər