top
Bakıda 540 qram çəkidə doğulan körpə xilas edilib
06 fevral 2026, 12:30
- +

Bakıda 540 qram çəkidə doğulan körpə xilas edilib

Bakıda hamiləliyin 23-cü həftəsində 540 qram bədən çəkisi ilə doğulan körpənin həyatı xilas edilib.

Bu barədə Bakuplus.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, oktyabrın 18-də özəl xəstəxanada çox erkən doğuş zamanı dünyaya gələn körpə bir müddət sonra kliniki ağır vəziyyətdə Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.

Tibb müəssisəsinin Yenidoğulmuşların reanimasiyası şöbəsinə yerləşdirilən körpədə müayinələr zamanı kəskin tənəffüs çatışmazlığı, bronx-ağciyər displaziyası, bilateral pnevmotoraks, periventrikulyar leykomalasiya (PVL) və vaxtından əvvəl doğulmuşların retinopatiyası (ROP) diaqnozları təyin edilib.

Doğuş zamanı əkiz tayını itirən və doğulan gündən süni tənəffüs aparatına qoşulu olan körpə uzunmüddətli intensiv müalicə, daimi tibbi nəzarət və peşəkar həkim heyətinin səyi nəticəsində həyatda qalıb. Bir neçə aylıq ağır mübarizədən sonra körpənin vəziyyəti tədricən stabilləşib və həyati göstəriciləri normallaşıb.

Çəkisi 2 kiloqrama çatan körpənin həyatı təhlükəsi aradan qalxıb və vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıb.

Körpə hazırda ambulator müşahidəyə götürülüb.

Qeyd edək ki, bu, 48 yaşlı ananın 15 il sonsuzluqdan sonra dünyaya gətirdiyi ilk övladıdır.

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"Zibili təmizləyin, oynamaq istəyirik" - Bu dəfə uşaqlar ETİRAZ ETDİ

Xəbər
Dünən, 17:13

İslamşünas olmaq istəyənlər Psixoloji Komissiyadan keçməlidi

Xəbər
Dünən, 16:30

Bakıda qeyri-adi soyğunçuluq

Xəbər
Dünən, 16:00

"Arzum"un işinə sabah baxılacaq

Xəbər
Dünən, 15:24

İnterneti bəhanə etdi, sürücünün kartından 700 manat götürdü

Xəbər
Dünən, 13:30

"İşçi xəbər verməmişdi" - Bu bəhanə işəgötürəni məsuliyyətdən azad etmir

Xəbər
Dünən, 13:10

Tanınmış plastik cərrah öldü

Xəbər
Dünən, 11:54

Bakıda ölü doğulan uşaq zirzəmiyə atılıb – İDDİA + VİDEO

Xəbər
Dünən, 11:47

AZAL bu il donanmasına 4-cü təyyarəni əlavə edib

Xəbər
Dünən, 11:30

Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

Xəbər
Dünən, 10:51

Qadının nömrəsini alan sürücünün başına görün nə oyun gəldi

Xəbər
Dünən, 10:00

Məmmədbağır Bağırzadənin doğum günüdür

Xəbər
Dünən, 09:52

Azərbaycanda övladlığa götürülənlərin sayı bilindi: Ən çox hansı yaş qrupuna üstünlük verilir?

Xəbər
Dünən, 09:36

Kişi olun!

Xəbər
20 iyul 2026, 18:00

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr - SİYAHI

Xəbər
20 iyul 2026, 17:20

Bakıda dənizdə BƏDBƏXT HADİSƏ – 24 yaşlı oğlan boğuldu

Xəbər
20 iyul 2026, 17:00

90 milyonluq dələduzluq edən Serbiyada tutularaq Azərbaycana gətirildi - FOTO

Xəbər
20 iyul 2026, 16:29

Sabah Bakıda 34 dərəcə olacaq

Xəbər
20 iyul 2026, 15:54

Qanunsuz estetik əməliyyatlar edən həkimin işinə niyə xitam verildi? - AÇIQLAMA

Xəbər
20 iyul 2026, 15:30

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

Xəbər
20 iyul 2026, 14:30

Bakıda Tennis Akademiyasında ÖLÜM

Xəbər
20 iyul 2026, 13:30

Biləcəridə hoteldə meyit tapıldı

Xəbər
20 iyul 2026, 12:30

Bakıda qadın sevgilisini öldürdü

Xəbər
20 iyul 2026, 11:58

Bakıdan Naxçıvana gedənlər sənədləri "mygov"la təsdiq edəcəklər

Oxşar xəbərlər