top
Bakıda ata maşın almaq istəyən oğlunu bıçaqladı
28 avqust 2026, 10:38
- +

Bakıda ata maşın almaq istəyən oğlunu bıçaqladı

Bakının Xəzər rayonunda ata və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Hadisə Buzovna qəsəbəsi, Naxçıvan küçəsində baş verib. 1940-cı il təvəllüdlü İdayət evdə oğlu Müşfiqlə mübahisə edib. Mübahisəyə Müşfiqin işləməməsi, atasının təqaüdü ilə dolanması və atasından evin satılaraq pulunun 30 min manatını ona verilməsini istəməsi səbəb olub. Müşfiq həmin pulla özünə maşın alacağını bildirib.

Mübahisə zamanı İdayət əlindəki bıçaqla Müşfiqin döş qəfəsinin sol tərəfinə zərbə endirib. İdayət ifadəsində hadisə zamanı hər ikisinin spirtli içki qəbul etdiyini, oğlunun nalayiq ifadələr işlətməsindən sonra əsəbiləşərək ona 3-4 dəfə xəsarət yetirdiyini deyib. O, oğlunu öldürmək niyyətinin olmadığını, məqsədinin onu qorxudaraq tənbeh etmək olduğunu bildirib.

Müşfiq isə məhkəmədə atası ilə birlikdə spirtli içki qəbul etdiklərini və aralarında işləməməsi ilə bağlı mübahisə yarandığını deyib. Onun sözlərinə görə, atası qəfil ona zərbə endirib. Müşfiq daha sonra təcili tibbi yardım çağıraraq xəstəxanaya aparılıb.

İdayətə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İdayət 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin cəza şərti hesab olunaraq 2 il sınaq müddəti müəyyənləşdirilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
Bu gün, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
Bu gün, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Bu gün, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Bu gün, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Bu gün, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Bu gün, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
Dünən, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Oxşar xəbərlər