Bakıda usta hündürlükdən yıxılıb.
Lent.az-ın məlumatına görə, hadisə noyabrın 22-də Sabunçu rayonu ərazisində baş verib.
41 yaşlı Əmənov Anar Sadiq oğlu usta kimi çalışdığı evin ikinci mərtəbəsindən yıxılaraq, xəsarət alıb. O, Sabunçu Tibb Mərkəzində müalicə alsa da, dekabrın 10-da dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl də Bakıda ustanın binadan yıxılaraq, ölməsi barədə xəbər verilmişdi.