top
Bakıda doğulan Xalq artistinin 176 milyonluq təzminat TƏLƏBİ
26 mart 2026, 14:54
- ↺ +

Bakıda doğulan Xalq artistinin 176 milyonluq təzminat TƏLƏBİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Martın 31-də Moskvanın Balaşixa Şəhər Məhkəməsi Bakıda doğulan Rusiyanın Xalq artisti Larisa Dolinanın dörd fırıldaqçıya qarşı qaldırdığı mülki iddia üzrə ilkin iclası keçirəcək.

Lent.az xəbər verir ki, müğənni ona vurulmuş əmlak ziyanına görə 176 141 000 rubl (təxminən 3 637 000 AZN) təzminat istəyir.

Xatırladaq ki, keçən il noyabrın sonunda məhkəmə dörd təqsirləndirilən şəxsi Moskvanın mərkəzində yerləşən və əvvəllər müğənniyə məxsus olan mənzillə bağlı fırıldaqçılığa görə 4 ildən 7 ilə qədər azadlıqdan məhrum edib.

İstintaqın müəyyən etdiyinə görə, cinayətkarlar Dolinanın 175 milyon rubldan çox pulunu ələ keçirib və onu bazar dəyəri 138 milyon rubldan çox olan mənzilini əlindən alıblar. Bank komissiyaları və sövdələşmə xərcləri də daxil olmaqla, ümumi zərər istintaq tərəfindən 317 milyon rubl həcmində qiymətləndirilib.

Ötən ilin dekabrında Rusiya Ali Məhkəməsi mənzilin mülkiyyət hüququnu alıcı Polina Luryedə saxlasa da, Dolinanın cinayət qurbanı olduğunu rəsmən tanıyıb.

İndi isə martın 31-də başlayacaq yeni məhkəmə prosesi çərçivəsində müğənni itirdiyi vəsaitlərin cinayətkarlardan geri alınmasına çalışacaq.

Qeyd edək ki, Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakı şəhərində yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası isə Qalina İzrailevna Kudelmandır.

Son xəbərlər

Xəbər
Bu gün, 11:44

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

İdman
Bu gün, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Aktual Xəbərlər
Bu gün, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Bu gün, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Bu gün, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Bu gün, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Aktual Xəbərlər
Dünən, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
Dünən, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
Dünən, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
Dünən, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Dünən, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Dünən, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
Dünən, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Dünən, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Dünən, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Dünən, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Dünən, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Dünən, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Dünən, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 11:26

Bakıda milyonluq mənzillər: onları bu qədər bahalı edən nədir?

Xəbər
Dünən, 10:00

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Xəbər
11 oktyabr 2026, 21:00

12-18 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
10 oktyabr 2026, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Oxşar xəbərlər