Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hadisə 2025-ci il oktyabrın 13-də Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində baş verib.
İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs tanışının elektron qəlyanını alıb geri qaytarmayıb. Tərəflər arasında da mübahisə elə bundan sonra baş verib.
Təqsirləndirilənin bıçaqladığı yeniyetmə isə onun qəlyanını aldığı şəxsin qardaşı olub.
Faktla bağlı cinayət işi başlanılıb, yeniyetmə barəsində həbs qətimkan tədbiri seçilib.
O, 6 il 6 ay azadlıqdan məhrum edilib.
Mənbə: oxu.аz