Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.аz xəbər verir ki, hadisə Cavanşir küçəsində qeydə alınıb.
2003-cü il təvəllüdlü Şıxalıyev Asəf Cavid oğlu küçədə tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı o, bıçaqlanıb.
Yaralı qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.