Xəzər Tibb Mərkəzində fəaliyyət göstərən həkim-neonatoloq Gülnarə Əkbərova dünyasını dəyişib.
Bakuplus.az xəbər verir ki, bu barədə tibb müəssisəsi məlumat yayıb.
Sosial şəbəkələrdə belə bir iddia yayılıb ki, 43 yaşlı tibb mütəxəssisi keçirdiyi cərrahi əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi səbəbindən vəfat edib.
Qeyd edək ki, G.Əkbərova 2012-ci ildən Xəzər Tibb Mərkəzində Doğum və ginekologiya şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.