top
Bakıda iyrənc cinayət
02 oktyabr 2025, 09:37
- ↺ +

Bakıda iyrənc cinayət

Bakıda 67 yaşlı kişi 12 yaşlı oğlana təcavüz edib.

Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ü.Abdullayev küçəsində yerləşən ərzaq mağazasında baş verib. Mağaza sahibi, 1958-ci il təvəllüdlü Mürvət İbrahimov (ad və soyad şərtidir) qonşuluqda yaşayan, 2013-cü il təvəllüdlü oğlana qarşı seksual zorakılıq edib.

Məlumata görə, oğlan hər gün səhər saatlarında oxuduğu orta məktəbə gedərkən, məktəbin yaxınlığında yerləşən mağazaya daxil olub, oradan yemək üçün qoğal və digər qidalar alırmış.

Bir gün oğlan yenidən şirniyyat almaq üçün mağazaya daxil olub. M.İbrahimov ona pulsuz şirniyyat verərək, onu mağazanın arxa otağına keçirib, orada seksual xarakterli hərəkətlər edib. O, daha sonra oğlana 1 manat verib ki, bu hadisəni heç kimə deməsin.

Bundan sonra M.İbrahimov hər gün oğlan dərsə gedən zaman onu mağazaya çağırıb şirniyyat verərək ona qarşı seksual hərəkətlər edib.

Bu proses təxminən bir il davam edib. Bir gün oğlan səhər saatlarında yenidən mağazaya konfet almağa gəlib. 67 yaşlı Mürvət ona konfet verərək mağazanın arxa otağına keçirib. O, oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olub. Daha sonra o, uşağa 2 manat verərək, bu hadisəni heç kimə deməməyi bildirib.

12 yaşlı oğlan həmin gün heç kimə heç nə deməsə də, səhəri gün ağrıları başladığından bu barədə anasına məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 67 yaşlı Mürvət İbrahimov saxlanılıb, faktla bağlı cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.İbrahimov 16 il azadlıqdan məhrum edilib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Bu gün, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Bu gün, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Bu gün, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Bu gün, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Bu gün, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Bu gün, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Bu gün, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Bu gün, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Bu gün, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Bu gün, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Oxşar xəbərlər