top
Bakıda kafedə Wi-Fi paroluna görə QAN TÖKÜLDÜ
09 dekabr 2025, 12:14
- +

Bakıda kafedə Wi-Fi paroluna görə QAN TÖKÜLDÜ

Bakıda kafedə bıçaqlanma olub.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsindəki parkda yerləşən kafedə qeydə alınıb.

İttiham aktına görə, kafenin həyətində müştəri qismində oturan 27 yaşlı Səfa Məhəmmədov (ad və soyad şərtidir) kassirdən Wi-Fi kodunu istəyib. Lakin bu zaman kassirlə onun arasında mübahisə düşüb. Mübahisəyə kassirin qəlyançı işləyən iş yoldaşı da qoşulub. Bu zaman Səfa Məhəmmədov qəlyançının ayaqlarına və əlinə bıçaqla xəsarətlər yetirib.

Nəticədə Səfa saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, kassir onun Wi-Fi kodunu istəməsindən acıqlanıb və onunla kobud danışıb.

Onun sözlərinə görə, kafenin arxasında kassirlə danışıb məsələni yoluna qoyub. Ancaq daha sonra qəlyançı gəlib ona irad bildirib. Səfa Məmmədov iddia edib ki, qəlyançı ona yumruq və təpiklə dayanmadan zərbələr vurub. Səfa bildirib ki, şərab evində işlədiyi üçün üstündə daim lazım olan balaca bıçağı olub. Həmin vaxt bıçağı çıxarıb sağa-sola hərəkət etdirib. Bu zaman bıçaq qəlyançının ayaqlarına dəyib.
Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətdiyini qeyd edib.

Səfa Məhəmmədov zərərçəkənlə barışdığını, zərərçəkənin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmədən işə xitam verilməsini istəyib.

Suraxanı rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Səfa Məhəmmədov məsuliyyətdən azad olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
Bu gün, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
Bu gün, 13:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
Bu gün, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
Bu gün, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
Dünən, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
Dünən, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
Dünən, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
Dünən, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
Dünən, 13:19

Bakıya Payız gəlir

Xəbər
Dünən, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Xəbər
03 sentyabr 2026, 17:36

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb - ÖZƏL

Xəbər
03 sentyabr 2026, 16:53

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Xəbər
03 sentyabr 2026, 16:05

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Xəbər
03 sentyabr 2026, 14:07

"Problem həll olunub" deyilmişdi, tələbə etiraz etdi: "Mənə heç nə deyilməyib"

Xəbər
03 sentyabr 2026, 10:34

Arvadının maşınını düzəltdirmədi deyə evdə dava düşdü

Xəbər
03 sentyabr 2026, 09:45

3 yaşlı uşağın ət maşınında qalan əli əməliyyatla bərpa edildi

Xəbər
03 sentyabr 2026, 09:00

Görkəmli sənətkar Yaşar Nurinin doğum günüdür

Xəbər
02 sentyabr 2026, 18:00

"Neftçi"də növbəti ayrılıq - Kenan Piriçlə müqaviləyə xitam verildi

Xəbər
02 sentyabr 2026, 17:00

Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib

Xəbər
02 sentyabr 2026, 16:50

Bülbülənin səssiz yadigarı – Əlican və Vəlican hamamı

Oxşar xəbərlər