Bakıda 60 yaşlı kişi antibiotik iynəsinin təsirindən ölüb.
Apa.az xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verib.
Məlumata görə, 1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədovun səhhətində problem yaranıb, ailə üzvləri ona antibiotik iynəsi vurublar, bundan sonra xəstə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.