Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb.
Hadisə Binəqədi rayonu 28 May qəsəbəsində qeydə alınıb.
Məlum olub ki, Zivər Yahyayev (ad-soyad şərtidir) münasibətlərini sonlandırmaq istəyən qadından qisas almaq məqsədilə sulfat turşusunu onun sifət və bədən nahiyəsinə tökməklə xüsusi amansızlıqla zərərçəkmiş şəxsin ümumilikdə bədən səthinin təqribən 20%-nin II-III dərəcəli kimyəvi yanıq yaraları almasına səbəb olub.
Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bu sözləri deyib:
"Artıq onun mənimlə barışmayacağına əmin idim. Bundan sonra başqa şəxslərlə münasibətdə ola bilməsi ehtimalını düşündüm. Heç kimin onunla münasibət qurmaması üçün üzünü eybəcər hala salmaq məqsədilə sifətinə kimyəvi maddə tökdüm".
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Z.Yahyayev barəsində həbs qətimkan tədbiri seçilib.
mənbə: xitab24.аz